Sofi Loren qayıdır
8.7.2013

78 yaşlı əfsanəvi italyan aktrisa Sofi Loren böyük ekrana qayıdır. Aktrisa 40 yaşlı oğlu Euarda Pontinin "İnsan səsi" ekran əsərinə çəkiləcək.

Film fransızca deyil neopolitan diallekti ilə təqdim ediləcək. Sofi Loren artıq üç ildir ki, filmlərə çəkilmirdi. Filmin çəkilişləri Roma, Neapol və Ostiyada aparılacaq və avqustun ortalarında başlayacaq.

Xatırladaq ki, Sofi Loren 2009-cu ildə "Doqquz" myüziklında rol almışdı. Aktrisa son dəfə 2004-cü ildə baş rolda oynamışdı.

ANS PRESS