“Microsoft” şirkətinin əsasını qoyanlardan biri, milyardçı Pol Allen
orbitə peyk çıxarmaq qabiliyyətinə malik təyyarə istehsal etmək üçün
Stratolaunch Sustems şirkətini təsis etmişdir. Yeni təyyarələr həm də
gələcəkdə insanları kosmosa aparmaq imkanına malik olacaqdır.
Pol Allenin ideyasına görə, iki “Boeing-747” təyyarəsi yanaşı
birləşdiriləcək və onların arasında kosmos üçün nəzərdə tutulan raket
yerləşdiriləcəkdir. Təyyarələr vasitəsilə lazımi hündürlüyə çatdıqdan
sonra raket laynerdən ayrılacaqdır.
Pol Allen yeni müəssisəyə 200 milyon dollar qoymağa hazırdır. Bu məqsəd
üçün lazım gələcək təyyarələrin hər birinin neçəyə başa gələcəyi isə
hələ məlum deyildir. Stratolaunch Sustems şirkətinində belə hesab
edirlər ki, test uçuşlarına beş ildən sonra, kommersiya uçuşlarına isə
2020-ci ildə başlamaq mümkündür.
Əgər eksperiment axıra çatdırılsa, onda yeni təyyarə dünyada ən nəhəng
layner olacaqdır. Onun qanadlarının uzunluğu rekord səviyyədə-385 fut
(117 metrdən çox) olacaqdır.