İraqda 92 yaşlı kişi 22 yaşlı gənc qızla ailə həyatı qurub.
92 yaşlı bəy Musali Məhəmməd əl-Mucamey fermerliklə məşğul olur.
Cütlüyün toyunda fermerin 16 və 17 yaşlı oğlan nəvələri də evləniblər.
Təzə bəy deyib: "Nəvələrimlə bir gündə evləndiyimə görə xoşbəxtəm. Özümü 20 yaşlı gənc kimi hiss edirəm".
Toy mərasimi 4 saat davam edib.
Qeyd edək ki, bəy 16 uşaq atasıdır. Ağsaqqalın əvvəlki həyat yoldaşı 3 il öncə vəfat edib.