Apple şirkətinin top-menecerləri Tim Kuk, Eddi Kyu və Kreyq Federiqi pərakəndə mağazaların rəhbərləri ilə görüşüblər.
Tim Kuk payızda yeni məhsullar ordusunun təqdim olunacağını deyib. O, daha ətraflı məlumat verməyib. Lakin PhoneArena bloqunun müşahidəçiləri güman edirlər ki, şirkət bir neçə ay sonra smartfon, planşet və yığcam kompüter seriyasını yeniləyəcək.
Korporasiya direktoru, həmçinin vurğulayıb ki, Apple Store mağazaları vasitəsilə yalnız 20% iPhone smartfonu satılır və digər hissəsi mobil operator və riteyler şəbəkələrinin payına düşür. Kukun sözlərinə görə, iPhone brend məhsuldur: istifadəçilərin əksəriyyəti mağazaya bu smartfona görə gəlirlər.
publika.az