"Zaryadka" probleminə 10 çarə
8.7.2013

Sensor telefon istifadəsi nə qədər də asan olsa problemləri bir o qədər də çoxdur. Belə telefonların ən böyük problemlərindən biri də enerji problemidir. Ancaq bəzi üsullar var ki, telefonunuzun enerji problemini müəyyən qədər həll edə bilər. Stenoqram.com həmin üsulları sizə təqdim edir:

1.Telefonuzunu enerji yükləməsi üçün tamamilə sönməsini gözləməyin. 40-50 % azaldıqda da onu adapterə qoşun.

2.Telefonunuz nə qədər səssiz rejimdə olsa bir o qədər tez enerji itirər.

3.Arxa planda daima çalışan proqramları söndürməyiniz məsləhətdir. Çünki belə proqramlar telefonunuzu çox yorur..

4.WiFi-in daima açıq olması da telefonun enerjisi üçün zərərlidir.

5.Telefonuzun parametrlər bölməsindən GPS xidmətini lazım olmadığı müddətcə bağlı saxlayın.

6.Ekran parlaqlığını mümkün olduğu qədər aşağı səviyədə təyin edin.

7.Telefonunuza kod qoymaq daha az enerji sərf etməyə kömək edə bilər.

8.Enerji bitmək üzərəykən “uçuş modu” na alsanız bütün siqnallar kəsiləcək və beləliklə mümkün qədər çox istifadə edə bilərsiniz.

9.Həddindən artıq istilər telefonun enerjisinə mənfi təsir edir. Buna görə də telefonunuzu isti yerlərdən və günəşdən uzaq tutmağa çalışın.

10.Enerji azaldıqda bildirişləri bağlı saxlayın. Çünki facebook, twitter və s. bu kimi proqramlardan gələn bildirişlər enerjini çox aparır.

Big.az