Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Moskva-Bakı marşrutu ilə yerinə yetirlən reyslər üzrə xüsusi aksiya keçirir. AZAL-dan verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il bayramları ilə əlaqədar olaraq, Bakı-Moskva-Bakı istiqaməti
üzrə aviabiletlər 203 manatdan, Bakı-Moskva marşrutu üzrə biletlər isə
109 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb.
Bundan öncə AZAL-da Bakı-Moskva-Bakı marşrutu üzrə bir aviabiletin
minimal qiyməti 260 manat, Bakı-Moskva istiqaməti üzrə isə 140 manat
olub.
APA