Qoç - ilk baxışdan qarışıq təsir bağışlayan, amma batinində sadə olan məsələnin həlli üçün uğurlu gündür. İş bu gün sizi yormayacaq. Gərgin situasiyalarda gələcəyi düşünərək təmkinli davranın.
Bilavasitə ətrafınızda olan insanların maraqlarını nəzərə alın.
Tədris, təhsil və təcrübənin artırılması, biliklərin əldə edilməsi və ya iş yerinin dəyişdirilməsi ilə bağlı planlarınız varsa, əlverişli gündür.
Alacağınız yeni məlumat mürəkkəb problemi həll etməyə imkan verəcək.
Buğa - işlər və xərclər artır. Görüləsi işlərlə bağlı planlar az deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım təklif edir. Həmin təklifdən bəhrələnin. Məsləhətlərə qulaq asın. Yeni tanışlıqlar perspektivlidir.
Çətin işin çözülməsində tanışlardan biri karınıza gələcək.
Yaşamınızda daha çox rahatlıq vəd edən işlərə sərmayə qoymaq olar.
Uzun müddətdən bəri hazırladığınız və "cilaladığınız" planlardan biri reallaşacaq.
Nikbin olun, ağır işlərdən və problemlərdən çəkinməyin.
Əkizlər - çoxsaylı, xırda işlər var. Günlə bağlı planlarınızda, onsuz da, işlərin çeşidi az deyildi. Lakin vaxt keçdikcə görüləsi işlərin sayı daha da artacaq.
Danışıqlar aparın, yazışın. Gərəkli görüşü unutmayın.
Qarşılıqlı fəaliyyət gözlənilən nəticəni verə bilər.
Axşam saatlarında istirahət edin, stresslərdən qurtulun. Həyətdə işləməkdə fayda var.
Ünsiyyətdə problem hiss etmədiyiniz insanla təmaslar faydalıdır.
Yaxın gələcəklə bağlı planlarınıza zəruri düzəlişlər edin.
Xərçəng - ətalətli və tənbəl olmayın. Özünüzü o qədər də yaxşı hiss etməsəniz belə, işlərdə ləngimələrə yol verməyin. Hisslər və emosiyların təsiri altında hərəkət etməyin.
Yeni informasiyaya, intellektual məşğələlərə maraq artır.
Günün ikinci yarısında işləri qaydaya salın.
Hesablar, sənədlər, məlumat bazaları, məktubları saf-çürük edin.
İşgüzar məsələləri aktiv həll etmək, durumdan yararlanmaq olar.
Danışıqları öz "ərazi"nizdə keçirin.
Axşam saatları ev işləri və ailədə müzakirələr, ümumi planların nəzərdən keçirilməsi üçün əlverişlidir.
Şir - başlayacağınız işlərdən enerjinizi əsirgəməyin. Yaxın ətrafınızdakı insanların mövqelərinə və maraqlarına əhəmiyyətsiz yanaşmayın.
Yardım üçün kiməsə müraciət etmək fikrinə gəlsəniz, məsləhətləri dərhal qulaqardına vurmayın. Əks təqdirdə sizə gərəkli insan probleminizin həllinə marağını itirə bilər.
Fərqli mövzuları müzakirə etmək olar. Praktiki məsələləri nəzərdən keçirin.
Əks cinslə təmaslarda həssas olun. Axşam saatlarında istirahət edin.
Qız - səhər saatlarından etibarən aktiv və enerjili olun. Yeni işlərə başlamaq olar. Məqsədləri razılaşdırmaq və hədəfə çatmağın yollarını müzakirə etməyin çətinlik yaratdığı sahələrdə ciddi dəyişikliklər istisna deyil.
Sizi ünsiyyətə çəkəcəklər. Lakin boş söhbətlərə qatılmayın, vaxtınızı səmərəli sərf edin. Gərəksiz və heç bir perspektiv vəd etməyən tədbirə qatılmayın.
Yeni, faydalı tanışlıqlar üçün əlverişli vaxtdır.
İnformasiya axtarışı, alınan məlumatların təhlili, yazışma, habelə planların və layihələrin müzakirəsi üçün əlverişli vaxtdır.
Təfərrüatları nəzərdən qaçırmayın. Diqqətli olun.
Tərəzi - yeni layihəni reallaşdırmağa başlayın. Cari işlər fikrinizi yayındıra bilər. Eyni vaxtda bir neçə yerdə sizi gözləyirlər. Yaşam sizin çeviklik, qıvraqlıq və reaksiyanızı sınağa çəkəcək.
Bir neçə gün əvvəl başladığınız və hələ də bitirmədiyiniz işi başa vurun.
Bu iş başa çatdırılmasa, yeni layihəyə və ya sifarişin icrasına başlamaq asan olmayacaq.
Axşam saatlarında dostlarla birlikdə istirahət edin.
Əqrəb - yeni işlərə mənəvi və fiziki baxımdan hazır olun. İzafi gərginliyə səbəb olmayın. İşdən həzz almağa çalışın, problemlərin həllində məntiqli davranın.
Heç nəyi qəsdən çətinləşdirməyin. Sizin üçün önəmli insanlarla təmaslarda yaranan mühüm nüanslara fikir verin. Çoxdan bəri diqqətinizi və qayğınzı gözləyən insanları xatırlayın.
Səhhətinizin qeydinə qalın. Səfərə çıxın, səyahət edin. Təmiz havada mümkün qədər çox vaxt keçirin.
Fiziki işi artıra bilərsiniz.
Oxatan - şəxsi maraqlarınız və mənfəətin anlamı fəaliyyətin praktik müstəvisində dürüst istiqamət seçməyinizə imkan verəcək. Görüş və müzakirələrdə məntiqli olun.
Qarşı tərəfə intellektiniz və emosiyalarınızla təsir edə bilərsiniz.
Stereotip baxışlardan, köhnəlmiş ehkamlardan imtina edin. Şərtlərdən asılı olaraq planları dəyişmək olar.
Yaradıcılıq imkanlarının həyata keçirilməsi, yaxın ətrafınızdakı insanlardan biri ilə daha aktiv əməkdaşlığa başlamaq üçün əlverişli zamandır.
Oğlaq - aktiv, məhsuldar və parlaq gündür. Ünsiyyətdə fəal olun, bir mövzudan başqasına sürətlə keçidi təmin edin. Hisslərin təsiri altında, impulsun təkanı ilə çalışmaq olar.
İntellektual fəaliyyətə maraq artır. Hadisələrin yeni dönüşünə təkan verə biləcək, zəmin rolunu oynayacaq məlumat ala bilərsiniz.
Sizi narahat edən məsələlərin müzakirəsindən yayınmayın.
Ailədə yükünüz artır. Ev işlərinə maksimum vaxt ayırın.
Alış-veriş etmək olar.
Dolça - aktiv iş, səfərlər, ezamiyyət, dostlarla birgə fəaliyyət üçün əlverişli gündür. Şəxsi münasibətlərdə tərəfdaşla dialoq müstəsna dərəcədə əhəmiyyətlidir. Bir sıra problemləri müzakirə edərək çözmək mümkündür.
Münasibətləri istədiyiniz istiqamətdə inkişaf etdirmək istəyirsinizsə, acı sözlər və sərt danışıqdan kənar olun.
Ailə ilə daha çox vaxt keçirin. Özünüzlə yanaşı, yaxın ətrafınız üçün də maraqlı işlə məşğul ola bilərsiniz.
Günün ikinci yarısı yaradıcılıq potensialının aşkarlanması üçün uğurlu zamandır. Yaşam arealınızda dəyişikliklərə başlayın.
Normal istirahət edin.
Balıqlar - işləri, problemləri, yeni planları unutmyın. Bütün diqqəti məqsədə aparan yolda irəliləyişə yönəldin. Bu gün işləriniz az deyil. Yaxınlarınızla məsləhətləşin, ümumi planları və ideyaları müzakirə edin.
Yaşam arealınızda ruhlanmaq, sevinmək, problemlərdən qurtulmaq istəyəcəksiniz.
Günün ikinci yarısında planlarınız arasında ən realını gerçəkləşdirməyə başlayın.
Axşam saatlarında istirahət edin.
Milli.Az