Buğda və buğda unu idxalı artıb
9.7.2013

İlk beş ayda Azərbaycanda 136 mln. 532 min dollar həcmində buğda idxal olunub.

Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artım deməkdir.

Həmçinin bu müddətdə buğda unu idxalında artım kəskin olub. Belə ki, bu ilin ilk beş ayı ərzində buğda unu idxalı ötən ilin müvafiq dövründəki 780 min dollardan 12 mln. 263 min dollara yüksəlib.

Yanvar-may ayları ərzində Azərbaycanın cəmi ticarət dövriyyəsi 14 mlrd. 725 mln. 615 min dollar olub ki, bunun da 4 mlrd. 359 mln. 811 min dollarını ölkəyə idxal təşkil edib.


Gün.Az