Qoç - səhər saatlarından etibarən aktiv çalışın. Yarımçıq işləri və natamam mövzuları bitirin. Yaşamın müxtəlif sahələrində intensiv çalışmaq gərəkdir.
Ev işlərini qulaqardına vurmayın.
Evdə zirzəmi varsa və ondan istifadə edirsinizsə, zirzəmini qaydaya salın.
Ümumiyyətlə, yaşam arealında nizam yaradın.
Şəxsi münasibətlərdə bir qədər müstəqil olun, amma özünüzə qapanmayın.
Yaxın ətrafınızdakı insanlara planlarınız və ya görmək istədiyiniz işlərin bir qismi barədə danışa bilərsiniz.
Günün ikinci yarısı əlaqələr üçün daha əlverişlidir.
Buğa - yaşam sizi perspektivləri müəyyənləşdirməyə və atacağınız addımları tərəfdaşlarla razılaşdırmağa vadar edir. Görəcəyiniz işdən xoşlanmaya, razı qalmaya bilərsiniz.
Amma olandan artıq qaydasızlıq yaratmayın. Əksinə, olanları sistemləşdirin, hissləri nizamlayın, gərəksiz əlaqələr və emosiyalardan qurtulun, səlis qayda yaradın.
Belədə hisslərə də aydınlıq gətirin. Baş verənləri tələsik dəyərləndirməyin, sərt danışmayın. Aqressivlik münasibətləri uzun müddətə poza bilər.
Axşam saatları ev işləri, ailəvi ünsiyyət üçün yaxşıdır.
Əkizlər - işlər və mövzular dinamik inkişaf edir. Hadisələr intensiv emosional yüksəlişlə müşahidə olunacaq. Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən güclü narazılıq impulsu ala bilər. Rəqabət və ya işlərinizə müdaxilə işgüzar təmaslarınıza da təsir edəcək.
Kompromis tapmaq, fikir ayrılıqlarını aradan qaldırmaq, ambisiyaları yumşaltmaq və hissləri səngitmək asan deyil.
Arzuladığınız nəsnələrdən birinin əlçatmaz olduğunu anlayacaqsınız. Yeni orientirlər seçmək gərəkdir.
Evdə yeniliklər üçün yaxşı gündür. Aktivliyinizin estetik məcrası olmalı, köhnə yeni ilə əvəzlənməlidir.
Xərçəng - səhər saatlarından etibarən ev işlərini unutmayın. İşlərin əksər hissəsini boynunuza götürün. Yaxınlarınız narazılıqlarını bildirmək, sərt davranmaq, sizinlə haqq-hesab çəkmək istəyirlərsə, təmkinli olun.
Belə gündə açıq danışmaq və səmimiyyət heç bir yaxşı nəticə verməyəcək. Təkidli çağırışlara aldanmayın, planlarınızı açıqlamayın.
Günün ikinci yarısında başqa əhval olacaq. Kənar və zahiri təsirlər parlaq, baş verənlərin doğurduğu reaksiya yaxşı ola bilər.
İnformasiya ilə işləmək, onun axtarışı və oxunması ilə məşğul olmaq, tədqiqatlar aparmaq yaxşıdır.
Axşam saatlarında kiçik təmirlə məşğul olmaq mümkündür.
Şir - fon gərginliyi sizi spontan addımlara, qəfil və gözlənilməz reaksiyalara, düşünülməmiş səmimiyyətə vadar edə bilər. Bu günə mühüm işlər planlaşdırmayın.
Situasiya anlaşılmaz şəkildə inkişaf edərək planları dağıda bilər. Mühüm addım atmazdan əvvəl 10-dək sayın.
İnformasiya axtarışı ilə məşğul olun, problemləri təhlil edin, yekun qərar qəbul edin.
Yolda və elektronika ilə iş zamanı ehtiyatlı olun.
Günün ikinci yarısında diqqət mərkəzində yeni insan və ya yeni tanışlıq ola bilər.
Hisslərinizi anlayın: onlar sizi bəd durumdan saxlaya bilər.
Qız - gün paradoks, problemin həll yolu və ya xəbərdarlıq vəd edir. İntuisiyanın səsini dinləyin. Harasa getmək və ya hansısa tədbirə qatılmaq istəyi yarana bilər. Konkret iş planını illüziyaya qurban verməyin.
Münasibətlərə önəm verdiyiniz insanla təmaslarda ənənəvi davranış modeli dəyişə bilər. Mahiyyətini tam anlamasanız belə, yeniliklərə can ata bilərsiniz.
Romantik münasibətlərdə sədlər və maneələr olacaq. Çətinliklər vaxtınızı alır.
Ailə həyatında hər şey qarşılıqlı anlaşma bünövrəsinin üzərindədir. Uşaqlarınız varsa, xoş sürprizlər gözləyin. Balacaları travmadan qoruyun.
Axşam saatlarında ünsiyyətə üstünlük verin.
Tərəzi - saatlar keçdikcə problemlər ağırlaşır. Bu gün və sabah ayın ən ağır, ən çətin günləridir. Aktual məsələyə diqqəti yönəldin.
Situasiyanın heç bir motivasiya olmadan dəyişəcəyinə hazır olun. İşdə rəhbərlik və həmkarlarla münaqişələrdən, mübahisələrdən yayının. Amma mürəkkəb situasiyanın həllini tapmaq üçün görülən işlərdən kənarda qalmayın.
Hazırda yeganə dürüst olan həll variantı tapıla bilər.
Uğursuzluq sizi narahat edərək yolunuzdan saxlamasın. Plan və gözləntilərinizdən asılı olmayan zahiri siqnallar hansı yeniliyə diqqət yetirməyin gərəkdiyini göstərəcəklər.
Ən müxtəlif hadisələr yetərincə intensiv şəkildə baş verə bilər.
Şəxsi münasibətdərdə sərt məhdudiyyətlər çərçivəsindən çıxın.
İntuisiya sizə emosiyaların kəmiyyətini keyfiyyətə döndərməyin yollarını göstərəcək.
Əqrəb - hisslərinizi tüğyan etdirəcək hadisə baş verə bilər. İmpulsiv addımlar atmayın, sərt bəyanatlar verməyin. Maliyyənizin qədrini bilin.
Sizin pullarınızdan yararlanmaq istəyən insanın vədlərinə aldanıb tələyə düşməyin.
Günün ikinci yarısında ailə ilə olun, ümumi tədbir, gəzinti faydalı məşğuliyyət planlaşdırın.
Dost və ya tanış məclisində ünsiyyət dairəsini ehtiyatla seçin.
Yaxın günlərə də təsir edə biləcək münaqişə formalaşır.
Sakit olun, təxribatlara uymayın. Səhhətinizə fikir verin.
Oxatan - çətin və qarışıq gündür. İntriqaların arxasında sizə gərəkli olan mənanı və ya məğzi görməyə çalışın. Böhranlı situsiyalarda yeni istiqamətlənmə yaşanır, yeni fəaliyyət sahəsi seçilir və ya ünsiyyət çevrəsi müəyyənləşir.
Gələcək bəlli deyil. Amma bundan sonra indiyədək olan təki olmayacaq. Bu gün haqlı olduğunuza kimisə sürətlə inandıra bilməyəcəksiniz. Yalnız sınanmış arqumentlərdən istifadə edin.
Kreativinizə real tətbiq vasitəsini tapın. Səhvləri müəyyənləşdirən problemlərin həllindən yararlanıb bu günədək atdığınız addımlardan yaxşısını atın. Gələcəklə bağlı qarşınıza məqsəd qoyun.
Nədənsə usansanız və ya bezsəniz, yarımçıq işlərdən, bezdirici əlaqələr və ya hisslərdən qurtulun. Qərar qəbul edin, səy göstərin.
Oğlaq - gərginlik yığılacaq, çoxalacaq və çıxış yolu arayacaq. Narazılığınız yaxınlarınızla münasibətlərdə aqressivliklə sərtliyə çevrilməsin.
Bütün diqqəti işə yönəldin, intensiv fiziki yüklənməni təmin edin. Ev işləri və ya idmanla məşğul olun. İmkan varsa, səyahət və ya səfərə çıxın.
Günün ikinci yarısında işgüzar müstəvidə yeni perspektivlər yarana bilər. Uğur və qayğılar yanaşı addımlayır. Gəlir şansları artır.
Fəqət, rəqabət də güclənir, sizdən geri qalanların çox pis münasibəti ilə qarşılaşırsınız. Özünüzə bel bağlayın. Yaxın ətrafınızdakı insanların yaxın gələcəklə bağlı planlarınızı bilmələri şərt deyil. İndiki hissləriniz barədə kimsəyə danışmayın.
Dolça - hiss və emosiyaların qəfil partlayışı ola bilər. Alınan məlumatları, ünvanınıza eşitdiyiniz sözləri, stressi soyuqqanlıqla qarşılayın.
Günün ikinci yarısında yaradıcılıq istəyi, ciddi və genişmiqyaslı iş görmək istəyi yarana bilər. Gün ümumən sərfəli və uğurludur. Lakin təcili iştirakınızı tələb edən bəzi ev işləri vaxtınızı alacaq.
Yaxın ətrafınızla münasibətlərdə gərginliyi artırmayın.
Axşam saatlarına qonaqlıq və ya qonaq qəbulunu planlaşdırmayın. Bu vaxtı sakit şəraitdə keçirin.
Balıqlar - hadisələr və həyəcanlarla zəngin gündür. Maksimum səy göstərin, amma işlərdə ciddi irəliləyişlərə bel bağlamayın. Emosiyalar rasional düşünməyə mane olacaq, ilk əvvəl həllini tələb edən məsələlərdən fikri yayındıracaq.
Maliyyə məsələlərində problemlər və yanlışlıqlar, işdə rəqabətin güclənməsi istisna deyil.
Emosional narazılıq kəskinləşir.
Lakin bütün hisslərinizi aşkar etməyə, tərəfdaşla sərt danışmağa can atmayın. Ümumi işə diqqət yetirin. Planlarınıza energetik təkan verin, qərar qəbul edin.
Axşam saatlarında ailə ilə birlikdə dincəlin.
Milli.Az