Dünən Bərdə rayon Doğum Evində izdiham yaşanıb.
Son vaxtlar ana və uşaq ölümü xəbərləri ilə sarsılan doğum evlərindən fərqli olaraq, Bərdə rayon xəstəxanasının qarşısındakı izdiham bir ailənin dünyaya gələn 7-ci körpəsinin səsinə toplaşıb.
Kənd sakini Vüsal Qurbanov azuşaqlı ailələrə nümunə olmaq üçün dünyaya gələn 7-ci övladı, ailəsindəki 4-cü qızı üçün böyük şənlik qurub.
Ailənin xoşbəxt günündə yaxınları və kənd sakinləri də həvəslə iştirak edib. Vüsal Qurbanov körpəsini doğum evindən uşaqlarının sayına uyğun olaraq 7 bayraqla bəzədilmiş maşınlarla çıxararaq evinə aparıb.
Şənliklər kənddə də davam edib. Ailənin sevincinə ortaq olan kənd sakinləri ailə qarşısında yeni öhdəlik qoyub. Belə ki, onlar Qurbanovlardan uşaqların sayının 10-a çatdırılmasını istəyiblər.
Qeyd edək ki, 7 ildir ailə quran Vüsal Qurbanov və Gülnar Qurbanova artıq 3 oğlan 4 qız övladı sahibidirlər.
Mod.Az