Məlum olduğu kimi, yeni mövsümdə ATV kanalında lisenziyalı məşhur “Ford Boyard” tele-şousuna start veriləcək.
Bu məqsədlə tele-şounun Azərbaycandan olan ulduz iştirakçıları Fransada olublar.
Layihə iştirakçıları arasında “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, idmançılar Əli İsmayılov, Eduard Məmmədov, Zabit Səmədov, “Eurovision- 2011”-in qalibləri Eldar Qasımov və Nigar Camal, müğənni Miri Yusif, televiziya aparıcıları İlkin Həsəni və Şəhriyar Əbilov, 106 FM radiostansiyasının direktoru Nurlan Cəfərov, “OK” jurnalının baş redaktoru Zəhra Bədəlbəyli və bir çox başqa yerli məşhurlar var.
Qaydalara görə isə, iştirakçı komandalar fort xəzinəsini qazanmaq üçün müxtəlif fiziki və əqli sınaqlara məruz qalaraq açarları və bilməcələri tapmalıdırlar.
Qeyd edək ki, şou sentyabr ayında ATV telekanalında yayımlanacaq.
Fransada olduqları gün ərzində komandalar yaşadıqları rəngarəng günləri fotolarda bölüşüblər.
Həmin fotoları oxucularımıza təqdim edirik.
Gün.Az