Azərbaycanda gənc alimlər üçün yaşayış binaları tikiləcək
10.7.2013

Azərbaycanda gənc alimlərin mənzil problemləri məsələsinin həll olunması istiqamətində xüsusi sərəncamın imzalanması gözlənilir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlərin ümumi yığıncağında deyib.

O bildirib ki, akademiyanın prezidenti olaraq prezident İlham Əliyevlə görüşərək alimlərin mənzil məsələsi müzakirə edib. Onun sözlərinə görə, prezident İlham Əliyev də alimlərimizin mənzil problem ilə bağlı təklifə müsbət yanaşıb: “Hazırda Prezident Administrasiyasında bu məsələyə baxılır. Bununla bağlı yaxın gələcəkdə xüsusi sərəncamın imzalanması gözlənilir. Akademiyanın özünün və ya ona məxsus olan bəzi institutların torpaqlarında gənc alimlər üçün 3-ə yaxın bina inşa oluna bilər. Bu istiqamətdə hazırda müvafiq işlər görülür”.

APA