Azərbaycan ərazisində qızmar hava davam edəcək
10.7.2013

İyulun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, cənub-şərq küləyi axşam şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyulun 11-də hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

APA