Dünyanın ilk qüsursuz körpəsi
10.7.2013

ABŞ-da genetik olaraq dünyanın ilk qüsursuz körpəsi doğulub.

Connor Levy adı verilən uşaq süni mayalanma yolu ilə dünyaya gəlib. Embrion ana bətninə yerləşdirilməzdən öncə bütün genetik təhlillərdən keçib. Bu, süni mayalanma ilə dünyaya gələn körpənin sağlam olub-olmayacağını müəyyənləşdirmək üçün dünyada aparılan ilk təcrübə olub. Nəticədə Connor Levyinin adı tarixə doğumdan öncə gene DNT təhlillərindən keçən ilk uşaq kimi düşüb.

Qeyd edək ki, süni mayalanma İngiltərənin Oksford Universitetində həyata keçirilib. 36 yaşlı ana Marybeth Scheidts və 41 yaşlı ata David Levyinin bundan əvvəl 3 dəfə süni mayalanma ilə övlad sahibi olmağa cəhd etsələr də, arzularına çata bilməyiblər.

Alimlər bildiriblər ki, yaş artdıqca embrionlarda yanlış xromosom sayının olması riski də çoxalır. 20-30 yaşlılar üçün bu risk yüzdə 10 olduğu halda, 40 yaşdan yuxarı olan qadınılar üçün yüzdə 75-dir. Lakin kəşf edilən yeni üsulla uşaq dünyaya gəlməzdən öncə onun sağlam olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq.

press24.az