Bu ağac dünyanın ən qədim ağacı hesab edilir və Ginnesin rekordlar kitabına düşmüşdür. Bu şam ağacının 4843 il yaşı var və e.ə. 2832-ci ildə torpağa düşən bir toxumdan yaranmışdır. Onu 969 il yaşamış bir bibliya personajının şərəfinə Mafusail adlandırıblar. Kaliforniyada “White Mountain” qoruğunda yerləşən ağacın tam dəqiq yeri vandalizm qarşısını almaq məqsədi ilə gizli saxlanılır.