Rusiyalı gimnast, milliyətcə azərbaycanlı olan Emin Qəribov tirlərdə yarış növündə Universiadanın qalibi olub. O 16,025 bal toplayıb. İkinci və üçüncü yerləri yaponlar Yusuke Tanaka (15,550) və Rioxei Kato (15,275) tutublar.
Bu Emin Qəribovun Kazanda keçirilən Universiadada üçüncü qızıl medalıdır. Bundan əvvəl o paralel tirlərdə və komanda birinciliyində yarışın qalibi olub.
mod.az