Rusiyalı tərcüməçi Tatyana Qovoruxina uqandalı atletə sevgi etirafı edib. O deyib:
“Mən Moskvaya gəldim ki, ingilis və fransız dillərindən tərcüməçi işləyim. Mən və iş yoldaşlarım 2013 Universiadası zamanı stadionda idik. Uqanda komandası gələndə çox yaraşıqlı idmançı gördüm. Sanki cərəyan keçirdim. O vaxtdan heç olmasa adını öyrənməyə çalışıram”.
Sonradan Tatyana televizorda eşidib ki, uqandalı atletlərdən biri malyariyaya yoluxub. O öyrənib ki, xəstələnən atlet elə onun sevdiyidir. 24 yaşlı qadın 68 dildə səni sevirəm yazılmış lentlər asılmış çiçək hazırladıb. Lakin tərcüməçi xəstəxanaya gülü göndərməsinə baxmayaraq, hələ ki naməlum sevgilidən cavab gəlməyib. Tatyana isə axtarışa davam edir.
publika.az