Azərbaycan prezidenti “Balkanların ləyaqətli dostu” mükafatına layiq görülüb
19.12.2011

Serbiyada fəaliyyət göstərən və təsisçisi dünya şöhrətli idmançı, Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divats olan nüfuzlu “Ana və Vlade Divats” Fondu Azərbaycan prezidenti İlham Əliyevi Balkan ölkələrində bir sıra mühüm humanitar layihələrin həyata keçirilməsində göstərdiyi birbaşa dəstək, qayğı, diqqət və xüsusi xidmətlərinə görə 2011-ci ilin “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edib.
Qeyd edək ki, Ana və Vlade Divats əsasən ABŞ ərazisində həyata keçirilən bir sıra böyük humanitar layihələrdə fəal iştirak ediblər. Onlar tərəfindən 15 milyon ABŞ dolları həcmində vəsait toplanıb və Serbiya, Monteneqro, Bosniya və Herseqovina, ABŞ, İndoneziya, Efiopiya və Çində yaşayan kimsəsiz uşaqlara humanitar yardım göstərilib.