Səhiyyə Nazirliyi tibb işçilərinin fəaliyyətini asanlaşdırmaq üçün yeni elektron xidməti istifadəyə verib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, tibb işçiləri artıq sertifikasiya test imtahanlarının nəticələrini SMS xidməti vasitəsilə öyrənə biləcəklər. Tibb mütəxəssisləri bunun üçün imtahan sözü və boşluqdan sonra eyniləşdirmə kodunu yazıb, 9103 nömrəsinə mesaj göndərməlidirlər.
APA