Qoç - Bəzi neqativ şərtlər sizi intensiv, fasiləsiz çalışmağa vadar edə bilər. Müəyyən situasiyalarda lider olmalı, bəzilərində isə daha təcrübəli və bilikli insana tabe olmalısınız.
Mürəkkəb situasiya yaranarsa, emosiyalarınıza hakim olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə çılğın davranmayın.
Diqqəti işə ayırın, yoxsa sonradan gərginləşəcək münaqişə riski var. Qarşıdurmanın fəsadları pis ola bilər.
Axşam saatlarında aktiv istirahəti, fiziki işi seçin.
Yaxınlarınızın istəklərini yerinə yetirin, vədləri unutmayın.
Buğa - Başlayaraq bitirə biləcəyiniz işlərin siyahısını müəyyənləşdirin. Günün dəqiq taktikası olmalıdır. Əks təqdirdə işlərin axarı sizi yora bilər.
Emosiya və hisslərinizə hakim olun.
Faydalı məlumatların paylaşması, gərəkli informasiyanın əldə olunması, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün intensiv fəaliyyət üçün lazım olan bütün addımları atın.
Bəzi məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Bütün hallarda həmsöhbətin diqqətini cəlb edin, onun reaksiyasına fikir verin.
Pozitiv olun, söhbəti sizə gərəkli məcraya yönəldin.
Axşam saatlarında istirahət edin.
Əkizlər - Hadisələr sürətlə inkişaf edir. Səhər saatlarından etibarən aktiv olun, yaranmış imkanlar və formalaşmaqda olan şansları əldən verməyin.
Ehtiyatı əldən verməmək şərtilə fəal və sayıq davranın. Şərtlər və niyyətlərin kritik çəkisi dəyişiklikləri ehtiva edir.
İntuisiya günün olayını, tədbirini müəyyənləşdirməyə yardım edəcək. Önəmli işi başa çatdırmaq üçün etibar etdiyiniz insanlardan yararlanın.
Təkbaşına çalışmaq da olar. Amma informasiya axını səngiməyəcək.
Mühüm hadisələri yolda və virtual məkanda da təqib etmək olar.
Xərçəng - Ambisiyaların toqquşması, başqasının iradəsinin müdaxiləsi, narazılıq situasiyanın harmonik inkişafına əsla rəvac verən deyil.
Hüquqlarınızı tələb etməyiniz, özünüzə daha çox azadlıq istəməyiniz münaqişə yaradacaq. Bu münaqişədə bütün əməllərinizi xatırladacaq, üstəlik, yerinə yetirmədiyiniz vədlər və borclarınızdan danışacaqlar.
Əvvəlki işlərin həmin məcrada bundan sonra da inkişaf etməsi mümkün deyil.
Strategiyanı dəyişin. Ehtiyac yaranarsa, planlara yenidən baxın.
Günün ikinci yarısında məhz daxili gərginlik kənar təzyiqləri cəlb edəcək, münaqişə və mübahisəyə səbəb olacaq.
Müvəqqəti də olsa, kompromis tapın.
Şir - Qüvvə və səylərinizi daha əlverişli, potensiallı və perspektivli istiqamətə yönəltmək üçün əlverişli zamandır. Daha ciddi nəticələrə nail olmaq üçün iş qrafiki və planlara zəruri dəyişikliklər edin.
Enerjili hərəkətlər, məqsədə çatmaq üçün aktivlik tələb olunan yerdə qətiyyətli addımlar uğur vəd edir. Yaxın ətrafınızdakı insanları da işinizə cəlb etməyə çalışın. Önəmli məsələni problem səviyyəsinə çatdırmamış onu çözün.
Şəxsi münasibətlərdə diqqətli olun. Ailə üzvləri, sevdiyiniz insan və uşaqlarla ünsiyyətdə səmimi, həssas davranın. İdeyaların materiallaşdırılması üçün yaxşı gündür.
Bir məsələ ilə özünüzü məhdudlaşdırmayın. Sizin üçün önəmli mövzuların bir neçəsini yeni vaxtda reallaşdırmağa başlayın.
Təsadüfün rolu çox böyükdür.
İntiuasiyanız isə sizə etibar edə biləcəyiniz insanı göstərəcək.
Qız - İşgüzar tərəfdaş, şərik və ya həmkarlarla münasibətlərdə emosiyalar tarıma çəkilə bilər.
Təmkinli və səbirli davranın ki, münasibətlər sərinləşməsin, əlaqələr kəsilməsin. Başqa işə maraq yaranıb. Çətinliklər isə iş və əməkdaşlığın yeni variantına üz tutmağı sürətləndirə bilər. Mühüm xəbəri gözləyin.
Sizi narahat edən suallara cavab tapmağa can atın.
Axına qarşı getməyin. Yaşam qarşınızda çox ciddi, kardinal məsələlər qoymursa, tələsməyin. Səhhətinizi qoruyun.
Axşam saatlarında gərginlik və stressi azaltmaq üçün xoş saydığınız işlə məşğul olun. Səbrli davranın, soyuqqanlı olun, hələlik dəyişə bilmədiyiniz şərtləri alt-üst etməyə çalışmayın.
Tərəzi - Mürəkkəb gündür. İşinizin bir hissəsini başqasına həvalə etmək, yaxud da tənəffüs, fasilə və ya güzəşt istəmək niyyətindən vaz keçin.
Yalnız ən vacib işlərlə məşğul olun. Çünki problem, sıradan çıxma, mübahisəli vəziyyət və yoxlama riski var. Bu gün əlavə iş almaq və ya öz təşəbbüsünüzlə başqasının işinin bir hissəsini görmək istəyinin yaranması riski var.
Şəxsi münasibətlərdə qıcıqlanmayın, sinirlənməyin. Əks təqdirdə bir sıra problemlər yaranacaq, sonradan təəssüf və pərişanlıqla qarşılaşacaqsınız.
Axşam saatlarında istirahət edin.
Əqrəb - Əlahiddə və xüsusi gündür. Şərtlər və hadisələr sizi mühüm, gərəkli işi görməyə vadar edir. Hisslər ürəyinizin daha tez-tez döyünməsinə səbəb olacaq.
Ünsiyyətin adi və ənənəvi təmaslarınızın səviyyəsindən üstün olacağı görüşdən imtina etməyin.
Əlverişli potensialın varlığını hiss etdiyiniz bütün işlər üçün məhsuldar gündür. Spontan addımlar ataraq qərarlar qəbul edərkən yaxın ətrafınızdakı insanların hüquqlarını pozmamağa çalışın.
Olayların inkişaf məcrasını müşahidə edərək seçdiyiniz yolun dürüstlüyünü müəyyənləşdirin. Düşünün, təhlilə varın.
Axşam saatları aktiv istirahət, fiziki iş üçün sərfəlidir.
Oxatan - Diqqətli və sayıq davranış tələb edən gündür. Enerjinizi konsentrasiya edin. Emosiyalara uymayın, yoxsa hərəkətlərinizi nəzarətdə saxlamaq çətin olacaq.
Kommunikasiya və rabitə avadanlığı, vasitələri ilə bağlı problemlər yarana bilər. Ehtiyatsız, düşünülməmiş bəyanatlar verməyin.
Anlaşma və sövdələşmələri pozmayın, vədlərə əməl edin. Hadisələrin, layihənin və ya münasibətin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə çalışmayın.
Hadisələrin gedişatına mümkün qədər aktiv müdaxilə edin.
Günün ikinci yarısında olayların mürəkkəb energetikasından yararlanın, hadisələrin məcrasını sizə gərəkli formaya salın.
Daha sonra heç nəyi planlaşdırmayın, yaşananlardan istifadə edin, maraqlarınızı qoruyun və istəklərinizi reallaşdırın.
Oğlaq - Qarışıq, laübalı, ziddiyyətlərlə dolu gündür. Gözləntilər və niyyətlər çoxdur. Cari işlərlə fəal məşğul olun.
Uğur əldə etmək üçün bir variantı israr və təkidlə həyata keçirməyə can atmayın. Ətrafınızdakı insanları görmək istəmədikləri işə vadar etməyin.
Günün ikinci yarısında işlərin sayı, gərginlik və yük dəfələrlə artacaq. Qarşınızda imtina edə bilməyəcəyiniz bir sıra məsələlər duracaq. Səyləriniz gərəkli nəticə verə bilər, amma bunun üçün əməllicə çalışmasınız.
İşgüzar və şəxsi görüşlərdə həssas olun, münaqişələr yaratmayın. Özünüzü tərifləməyin, təşəxxüslü və eqoist olmayın.
Səhvləri aradan qaldırmağa başlasanız, sevdiyiniz, dəyər verdiyiniz insan sizə minnətdar olacaq.
Dolça - Ayın ən çətin və mürəkkəb günlərindən biridir. Mövqelərin itirilməsi, sərfəli sifarişin əldən çıxması, sərt rəqabət və qarşıdurma riski var. Aktiv olun, çalışın, ətrafınızdakıları məhsuldarlıq və əzminizlə heyrətləndirin.
Qətiyyətli olaraq məqsədə doğru inamla irəliləsəniz, çox iş görəcək, ətrafınızdakı insanları heyrətləndirəcəksiniz. Ətalətə qapılmayın, tənbəllik etməyin.
İşləri qaydaya salın, yarımçıq qalan məsələləri tamamlayın, yardıma ehtiyac duyan insana kömək edin.
İşdə rəhbərlik sizinlə maraqlana bilər. Fəaliyyətinizin yoxlama və ya təftişə məruz qalması da istisna deyil. Hadisələr yığılmış yayın açılması sürətilə inkişaf edə bilər.
Aktivliyinizin şəxsi münasibətlərə mənfi təsir etməsinə imkan verməyin.
İşlə ev arasında dəqiq sərhəd qoyun.
Balıqlar - Planlarınızda ciddi dəyişikliklər ola bilər. Günün emosional fonu qarışıqdır. Hisslər, pul, rəqabət - bütün bunlar nigaranlıq və narahatlıq mənbələridir. Sürprizlərin baş verəcəyi mövzu var.
İşin effektivliyini qorumaq və keyfiyyəti aşağı salmamaq üçün nədənsə imtina etmək gərəkdir. Əks təqdirdə orqanizm üsyan edəcək, sizi daha asta davranmağa çağıracaq.
Şərtlər seçiminizi sürətləndirəəck.
Çevik olun. İşin təfərrüatlarına, ev işlərinə və yaxınlarınızla münasibətlərə daha çox diqqət ayırın.
Dəyər verdiyiniz insanları birləşdirəcək məşğuliyyət tapsanız, axşam saatları sakit keçəcək.
Valideynlərlə münasibətlərdə həssas olun, onlardan qayğınızı əsirgəməyin.
Milli.Az