Azərbaycan prezidenti Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 1 milyon manat ayırıb
12.7.2013

Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılıb.

APA