İyulun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24, gündüz 31-36 dərəcə isti olacaq.
İyulun 12-dən 14-dək respublikanın rayonda əsasən yağmursuz, isti hava şəraiti gözlənilir. Lakin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gözlənilən hava şəraiti əksər rayonlarda kənd təsərrüfatı bitkilərinin böyüməsi və inkişafı, həmçinin aqrotexniki işlərin görülməsi üçün əlverişlidir. Bununla yanaşı, isti və quru hava suvarmaya tələbat yaradacaq.
İyulun 13-də Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə isə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 12-dən 13-ə keçən gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
APA