Avqustda “ASAN xidmət”in yeni mərkəzləri açılacaq
15.7.2013

Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabe olan “ASAN xidmət”in avqust ayında yeni mərkəzləri açılacaq.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, yeni mərkəzlər Bakının Yasamal rayonunda və Gəncə şəhərində fəaliyyətə başlayacaq: “Bizim səyyar xidmətlərimiz də davam edir. Hazırda səyyar xidmətimiz iki - şimal və cənub istiqamətdə aparılır”.

Qeyd edək ki, bu vaxta qədər “ASAN xidmət” mərkəzlərinə 250 minə yaxın vətəndaş müraciət edib. Mərkəz Bakı şəhərinin Nəsimi, Nərimanov, Xətai və Binəqədi rayonlarında, eləcə də Sumqayıt şəhərində fəaliyyət göstərir.

APA