Bakı-Minvodı aviareysi üzrə xüsusi tarif aksiyası keçirilir
19.12.2011

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Mineralnıye Vodı marşrutu üzrə birbaşa sərnişin aviareysi üzrə xüsusi tarif aksiyası keçirir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar Bakı-Minvodı-Bakı marşrutu üzrə aviabiletlərə xüsusi tarif aksiyası keçirilir: «Sözügedən marşrut üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 137 manat, Bakıdan Minvoda 79 manat, Minvodı-Bakı marşrutu üzrə isə 58 manat təşkil edir. Artıq bilet satışına başlanılıb və göstərilən qiymətlərə bütün vergi və yığımlar daxildir».
Qeyd edək ki, Bakı-Minvodı marşrutu üzrə uçuşlar hər həftənin I və III günləri saat 14:10-da «Airbus A-320» təyyarəsi ilə həyata keçirilir.
Xatırladaq ki, bundan öncə Bakı-Minvodı-Bakı aviaresinə biletin minimal qiyməti 200 manatdan artıq olub. 

APA