Qoç - gün ərzində hadisələrin qəfil dönüşünə hazır olun. Çoxsaylı sürprizlər yaşana bilər. Hadisələrin inkişaf məcrasını ehtimal etmək, proqnozlaşdırmaq mümkün deyil. Nəzərdə tutulmamış xərclər, hətta maliyyə itkiləri ola bilər.
Alış-verişdə bədxərclik etməyin. Əks təqdirdə təəssüf hissi keçirəcəksiniz. Spontan addımlar atmayın.
Uzun müddətdən bəri dürüst və səhihliyi əsla şübhə doğurmayan məsələ, ünsürlə bağlı mövqeyinizdə ciddi dəyişiklik ola bilər.
Yaxın insanla münasibətləri və hətta, ümumiyyətlə, yaşam axarını dəyişmək ehtiyacını hiss edə bilərsiniz.
Tələsməyin, sayıq olun.
Əks cins mənsubu ilə münasibətlərdə problemlər istisna deyil.
Buğa - təbəddülatlı, ziddiyyətli, qarışıq gündür. İşdə uğurlar ola bilər. Yığılıb qalmış məişət problemlərini çözün, maliyyə məsələlərini həll edin. Pulları yelə verməyin. Mənasız xərclərdən qaçın. Məntiqli və ehtiyatlı davranın.
Mənfi təmayüllərin təsiri çətinliklərin yaranmasına səbəb ola bilər.
Yeni tanışlıqla bağlı ümidlərinizə aldanmayın.
Axşam saatlarında söhbətin qalmaqalla başa çatmaması, münasibətləri uzun müddətə sərinlətməməsi üçün həssas olun, dediklərinizi və etdiklərinizi kontrolda saxlayın.
Əkizlər - peşəkar sahədə uğurlara nail olacaqsınız. Təşəbbüskar olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qüvvə və səylərinizi əsirgəməyin.
Məsrəflərə nəzarət edin. Diqqətə layiq olmayan, mənasız işlərə və dəyərsiz xülyalara pul xərcləməyin, vaxt sərf etməyin.
Günün ikinci yarısında çox yorula bilərsiniz.
Yaşamınızı fərqli etmək istəyiniz şübhəli tanışlığa səbəb ola bilər. O adam sizi aldadacaq, yalan danışacaq.
Bu gün həmin adamla yaranan münasibətlər sonradan sizi usandıracaq, problemlərlə üz-üzə qoyacaq. Ən başlıcası isə həmin münasibətdən qurtulmaq asan olmayacaq.
Xərçəng - uğurlu və əlverişli gündür. Baş verən hadisələr sizi sevindirəcək. Qətiyyətli və səbrli olsanız, yolunuzdan sapmasanız, planlarınızı sürətlə reallaşdıra bilərsiniz.
Çəkinməyin, ruhdan düşməyin. Uğur riski sevənlərindir. Maliyyə durumunuzu yaxşılaşdırmaq üçün əla şans var.
Çəkinməyin, irəliyə doğru addım atın.
Yeniliklər, dəyişikliklər və fərqli təəssüratlar istəyirsiniz. Amma sayıq olun, baş verənlərlə yanaşı, şanslarınızı dürüst qiymətləndirin.
Ailə üzvləri və sevdiyiniz insan planlarınızdan xəbərdar olmalıdır. Əks təqdirdə onlarda heç bir əsası olmayan şübhə yarana bilər.
Şir - həlli ciddi məsrəf və qüvvə sərfi tələb edən problemlər yarana bilər. Pulu xərcləməyə başlamazdan əvvəl etibar etdiyiniz insanlarla məsləhətləşin.
Onlar məsrəfləri minimuma endirməyin yollarını deyəcəklər.
Ətrafınızdakı insanların yardımlarına bel bağlaya bilərsiniz. Lakin belə kömək təmənnasız olmayacaq.
Problemlərinizi yaxınlarınızdan gizlətməyə çalışmayın. Sizi narahat edən məsələləri yaxınlarınızdan gizlətməyin. İstənilən halda həmin sirr faş olacaq.
Romantik münasibətlər üçün yaxşı gün deyil. Mübahisə etməyin.
Axşam saatlarında istirahət edin.
Qız - bu gün yaşanacaq hadisələr ətrafınızdakı insanlarla yanaşı, özünüz barədə də yeni məlumatlar əldə etməyə imkan yaradacaq. Yaxın gələcəklə bağlı niyyətlərinizi dəqiqləşdirin, planları müəyyənləşdirin.
İllüziyalarla vidalaşın, neqativ təsirdən qurtulmağa çalışın. Məqsəd və hədəfləri konkretləşdirin.
Daxili azadlıq, sərbəstlik və qüvvələrinizə inama sizi ruhlandıracaq.
Günün ikinci yarısındakı hadisələr yaşamınızda yaxın vaxtlarda köklü dəyişikliklər yarada bilər.
Həyata keçirilməsi üçün böyük xərclər gərəkən yeni istəklər yaranır.
Axşam saatlarına yaxın emosional fon pisləşir. Əhvalınızı pozmayın, problemlər məngənəsində vurnuxmayın.
Düşünün, yaxşı düşünün.
Tərəzi - rutin və yeknəsək işləri görmək məcburiyyəti sizi ruhdan salmasın. Həmin işləri də mütləq şəkildə başa çatdırmalısınız.
Yaşam potensialının səviyyəsi yüksək olmadığından tezliklə yorğunluq hiss edə bilərsiniz. Həmkarlarınız və rəhbərliklə münaqişə yaratmayın. İşdə stress vəziyyətlərinin təşəbbüskarı olmayın.
Təmkin və səbr gün ərzində sizi müşayiət etməlidir. Aşkar qarşıdurmaya getməyin.
Alış-veriş üçün əlverişli gün deyil. Maliyyə məsələlərində ehtiyatlı olun, hər təklifə aldanmayın. Tamah sizə güc gəlməsin.
Axşam saatlarında səhhətinizin qayğısına qalın.
Əqrəb - gün uğurlar vəd edir. Səhər saatlarından etibarən səliqəli çalışın, diqqətli olun, səbrli və təmkinli davranın. Təfərrüatlara və detallara fikir verin.
Ətrafınızdakı insanlarla dil tapın, münaqişəli vəziyyətlər yaratmayın. Belə olarsa, onlar sizə həvəslə yarldım edəcəklər.
Sizin üçün önəmli insanlarda müsbət rəy yaratmaq üçün dəqiq, intizamlı olun. Verdiyiniz sözlərə və vədlərə əməl edin.
Dəyər verdiyiniz insanların mövqelərini nəzərə alın, maraqlarını qulaqardına vurmayın.
Oxatan - müsbət təmayüllərin təsiri güclüdür. Peşəkar məziyyətlərinizi nümayiş etdirmək imkanı var. Yaradıcılıq potensialı, rəhbərlik keyfiyyətlərini göstərin.
Qeyri-rəsmi mühitdə işgüzar məsələləri müzakirə etmək üçün əlverişli vaxtdır. Yeni müttəfiqlər tapa bilərsiniz.
Vaxtınız boş işlərə sərf etməsəniz, uğur qazana bilərsiniz.
Şəxsi münasibətlər müstəvisində uğurlara güvənməyin. Sevdiyiniz insanla münasibətlərdə problemlər yaranacaq.
Qısqanclıq və əsassız şübhələr nəticəsində mübahisələr ola bilər.
Oğlaq - çətin və mürəkkəb gündür. Soyuqqanlı davranın, emosiyalarınıza nəzarət edin. Təmaslarınızı bir qədər məhdudlaşdırın. Sizə təsir etiməyə çalışan fərdlərlə ünsiyyətdən imtina edin.
Ətrafınızdakı insanlarla bağlı yanlış mövqşe tutmayın. Əks təqdirdə əsl dostlar və etibarlı müttəfiqləri itirə bilərsiniz.
Bu gün baş verəcək hadisələrin əksəriyyətinin axarı sizdən asılı olmayacaq. Əhvalınızı pozmayın, təlaşa düşməyin, təşvişli addımlar atamyın.
Nəzərə alınmamış xərclər istisna deyil.
Narahat olmayın, maliyyə durumunuzu az sonra qaydaya sala bilərsiniz.
Dolça - işlərdə ciddi irəliləyiş olmayacaq. Yerinə yetirdiyiniz sifariş və ya başa vurduğunuz iş sizə yaxşı gəlir verə bilər.
Günün ilk yarısı aktivlik və məhsuldarlıq yüksək səviyyədə deyil. Fəqət, müəyyən vaxtdan sonra yenidən aktiv işləyəcək, fəal olacaqsınız.
Alış-veriş üçün əlverişli zaman deyil. Emosiyalarınıza nəzarət edin. Səbrli və təmkinli olmalısınız.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - daha böyük uğurlara nail ola bilərsiniz. Prioritetləri dürüst müəyyənləşdirin və yaşam enerjisindən effektiv istifadə edin.
İşlərə aktiv başlayaraq başa çatdırın. Əfsuslar olsun ki, nəfəs dərmək və dincəlmək imkanları çox azdır.
Ailə üzvlərinə yetərincə diqqət ayırın. Bu gün onlara mənəvi və maddi dəstək gərəkdir.
Uzunmüddətli səfərlər və ağır fiziki iş planlaşdırmayın.
Səhhətinizdə problemlər yarana bilər.
Milli.Az