İyulun 15-də “Xətai” Miniatür Sənət Mərkəzində dünya şöhrətli rəssam Leonid Afremovun orijinal rəsm əsərlərindən ibarət sərgi açılacaqdır.
İyulun 21-dək davam edəcək sərgidə rəssamın 12 ədəd tablosu nümayiş olunacaqdır. Bundan əlavə, rəssam kataloq vasitəsilə digər əsərlərinin də sifarişini qəbul edəcəkdir.
Sərgidə nümayiş olunacaq rəngkarlıq əsərləri rəssam tərəfindən imzalanmışdır və əsəri əldə edən şəxsə əlavə olaraq müəllifin imzalı sertifikatı təqdim olunacaqdır.