Bu möhtəşəm otelin tikintisi “Arya İnşaat” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən həyata keçirilir.
“Swissôtel Hotels & Resorts”-un Cənub-Qərbi Asiya və Avropanın kəsişdiyi ərazilərdə fəaliyyətinin genişlənməsi ənənəsi Azərbaycanda - Bakıda tikilən yeni lüks otellə davam etdirilir. Açılışı 2015-ci ilə planlaşdırılan Swissôtel Baku-nun tikintisinə artıq başlanılıb və birinci Avropa Olimpiya Oyunları başlanılması üçün istismara verilməsi nəzərdə tutulub.
Ortaq podium və iki qüllədən ibarət olan bu çoxfunksiyalı kompleks ticarət , əyləncə məkanları və çoxsaylı restoranlari ilə Bakı sakinləri və şəhərmizin qonaqları üçün istifadəyə veriləcəkdir.
Swissôtel Baku daha yüksək - 160 metr hündürlükdə olan qüllədə yerləşəcək və istifadəçilərə 149 otaq və mənzil, Swissôtel Livingdə 45 tam təchizatlı mənzil təklif edəcək. Bundan əlavə evlərindən çıxmadan Swissôtel servisinin ləzzətini yaşamaq istəyən vətəndaşlar üçün 80 Swissôtel iqamətgahı satışda olacaq.
Qonaq və sakinlərin rahatlığını düşünən Swissôtel Baku əlavə olaraq 2100 kv.m.-lik Pürovel Spa & Sport və 3000 kv.m.-lik iclas və tədbirlərin keçirilməsi üçün məkanları özundə cəmləşdirir.
Bu möhtəşəm otelin tikintisi “Arya İnşaat” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən həyata keçirilir.
big.az