680 at güclü Bentley Continental GT - Foto
15.7.2013

Məşhur tüninq emalataxanası “Wheelsandmore” müxtəlif aksesuarlarla təchiz olunaraq tüninq edilən “Bentley GT”, “GTC” və “GT Speed” modellərini təqdim edib.

Belə ki, emalatxanada hər üç modelə elektron endirmə modulu və 21.22 düymlük “Continental Sport” Contact 5P təkərləri quraşdırılıb. Daha yüksək performans üçün isə mühərrikə müxtəlif ECU-lar (Engine Control Unit (Chip Tüning)) də yerləşdirilib.

Məhz bunun nəticəsində bu avtomobil 680 at gücünə sahib olub. Tüninqdən sonra avtomobillərin əldə etdiyi texniki göstəricilər aşağıdakı kimidir:

“Continental GT”- 565 at gücü, 415 kW, 750 Nm fırlanma anı, V8 mühərrik
“Continental GT” - 635 at gücü, 467 kW, 760 Nm fırlanma anı, W12 mühərrik
“Continental GT Speed” - 680 at gücü, 500 kW, 850 Nm fırlanma anı

Qeyd edək ki, tüninq həvəskarları tam əl işi ilə paslanmaz dəmirdən hazırlanan səsboğucu sistemini, həmçinin, sport katalizatorları quraşdırmaq istəsələr avtomobil daha 30 at gücü əldə edəcək.

Şirkət bütün bu tüninq paketinin qiymətini isə hələ tam açıqlamayıb.

publika.az