Hansı yay meyvələri dərini gözəl və qüsursuz edir?
16.7.2013

Yayda dəriyə qulluq etmək üçün çoxlu pul xərcləyir və tərkibini bilmədiyimiz kremlər alırıq. Nəticə isə heç də həmişə istədiyimiz kimi alınmır. Amma yay meyvələri ilə dəriyə arzuladığımız təbii gözəlliyi bəxş edə bilərik.

Armud maskası: Bir armudu soyub şüşə qabın içində çəngəllə yaxşıca əzin. Qalın bir təbəqə halında üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Armud maskası dərini qidalandırır, sərinləşdirmək üçün də ideal maskadır.

Moruq maskası: Moruğun tərkibində bol miqdarda A vitamini var. A vitamini dəriyə yumşaqlıq bəxş edir və qüsürsuz görüntü qazandırır. Bir ovuc moruğu şüşə qabın içində pürə halına gətirin. Dərini təmizlədikdən sonra əzilmiş moruğu üzə çəkin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.

Avokado maskası: (qırışlar üçün) – Bir ədəd avokadonun qabıqlarını soyub çəngəllə əzin. İçinə yarım çay qaşığı bal, bir çay qaşığı alma sirkəsi və bir ədəd yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qarışdıran zaman içinə 3 yemək qaşığı zeytun yağını yavaş-yavaş əlavə edin. Əldə edilən maskanı üzünüzə, boynunuza və dekolte bölgəsinə çəkib yarım saat gözləyin. Sonra bu bölgələri ilıq su ilə yaxalayın. Qırışlar xüsusən quru dərilə üçün təsirli vasitədir. Həmçinin avakadonu dilim halında da üzə kompres kimi qoymaq olar. Qırışların azalmasına kömək etmiş olarsınz.

Çiyələk maskası: Bir ovuc dolu çiyələyi şüşə qabın içində pürə halına gələnə qədər əzin və üzünüzə çəkin. (Quru dərinzi varsa, pürənin içinə bir neçə damcı zeytun yağı və ya badam yağı əlavə edin) 10 dəqiqə gözlədikdən sonra üzü ilıq su ilə yaxalayın. Bu maska dəri üçün son dərəcə faydalıdır. Lakin allergiyası olanlara məsləhət görülmür.

Publika.Az