21 dekabrdan 13 yanvara qədər "Art Garden" qalereyasında məşhur rəssam Əzim Əzimzadənin sərgisi keçiriləcək. Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan karikaturaçılar məktəbinin banisidir. 1906-cı ildən etibarən Şərqdə ilk satirik jurnal "Molla Nəsrəddin"də fəaliyyətə başlamışdır. Daha sonra işləri bu jurnallarda da dərc olundu: "Məzəli", "Bic", "Kəlniyyət".