Nanə yarpağı və ondan əldə edilən yağ dərman kimi də istifadə edilir. Nanə yeməklərə xüsusi dad qatmaqla yanaşı, şəfaverici xüsusiyyətlərə də malikdir. Hətta həzm problemi olanlar nanə, limon dəmləyərək sağaltmaq olar. Nanə çayı mədə ağrısı, soyuqdəymə kimi xəstəlikləri də aradan qaldırır.
Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nanə yağının faydaları Avropa Dərman Təşkilatı tərəfindən təsdiq edilib. Nanə qurudularaq çay kimi dəmlənir. Nanə çayının şəfalı bitki olması və həzm sisteminə yaxşı təsir göstərməsi Avropa Dərman təşkilatı tərəfindən də qəbul edilib. Son zamanlar ödün müalicəsində istifadə edilir və antioksidant təsiri tapılıb. Nanə çayı təkcə mədəyə deyil, beynə də sakitləşdirici təsir göstərir. Mütəxəssilır qeyd edir ki, bazardan və qurudulmuş bitki mağazalarından alınan nanə fərqlidir. Onların kimyəvi tərkibi də bir-birinə bənzəmir. Nəticə etibarı ilə onların təsiri də eyni olmur. Ən faydalısı isə təravətli nanə yarpaqlarıdır.
Nanə mədəni sakitləşdirməklə yanaşı, yaddaş üçün də faydalıdır. Xüsusilə sürücülərə və beyin yorğunluğu yaşayanlara nanə çayı içmək məsləhətdir. Bu çay həm də yuxulamanın qarşısını alır. Orqanizmdə B6 vitamini çatmadıqda həyəcan, narahatlıq, depressiya artır. Ona görə də süfrənizdə B6 vitamini ilə zəngin olan bu bitkiyə həmişə yer verin. Baş və qulaq ağrılarını aradan qaldırır, sızanaqları yox edir, sarılıq xəstəliyinin müalicəsində kömək edir, ana südünü artırır. Tənəffüs yolu qanamalarına yaxşı təsir edən nanə mədəni gücləndirir və onu sağlam saxlamaqla yanaşı hıçqırığı sakitləşdirir. Bəlğəmi və qanlı qusmaların qarşısını alar.
Qovrulmuş un ilə birlikdə sızanaqların üzərinə sürtülür və sızanaqların yox olmasına səbəb olur. Nanə alın hissəyə sürtülərsə, baş ağrısını kəsər. Xüsusilə arpa şorbasıyla birlikdə yeyildikdə faydalı olur. Bununla yanaşı dilin sərtliyini də aradan qaldırır. Nanənin suyu şafran ilə qarışdırılaraq qulağa damcı ilə tökülərsə, qulaq ağrısını kəsər.
Bir neçə dənə nanə yarpağı südün içərisinə atılarsa, südün turşluğunun qarşısını alar. Nanə suyu sirkəylə birlikdə içilərsə, qarındaxili qanamaları dayandırar, bağırsaqdakı qurdları öldürər. Əgər bir neçə nanə yaprağı nar dənəsiylə birlikdə yeyilərsə, mədə qıcqırmasının qarşısını alar.
Faydaları:
Həzmi asanlaşdırır.
İştahanı açır.
Sidikqovucu və qaz qovucudur.
Qaraciyər xəstəliklərinə qarşı faydalıdır.
Öd ifrazını nizamlayır.
Öd daşı əmələ gəlməsinin qarşısını alır.
Mədə-bağırsaq problemlərini aradan qaldırır.
Tənəffüsü asanlaşdırır.
Stresə qarşı faydalıdır.
Sinirləri sakitləşdirir.
Aritmiya ehtimalını azaldır.
Ana südünü artırır.
Yuxusuzluğu aradan qaldırır.
Temperaturu aşağı salır.
Yorğunluğu (xüsusilə də,beyin yorğunluğunu) aradan qaldırır.
Spazma ehtimalını azaldır.
Baş gicəllənməsinin qarşısını alır.
Ürək-damar sisteminin fəaliyyətini nizamlayır.
Öskürəyi kəsir.
Bəlğəmgətirici təsirə malikdir.
Bağırsaq qurdlarını salır.
Mədə bulanmasının qarşısını alır.
Ağız iyini aradan qaldırır.
Astma və bronxit kimi xəstəliklərin mualicəsinə kömək edir.
Dəri üçün ən yaxşı dərmandır.
Baş və diş ağrısını aradan qaldırır.
Həyəcana və qorxuya qarşı faydalıdır və s...
Publika.Az