Neptunun yeni peyki aşkar edildi
16.7.2013

"Habbl" orbital teleskopu Neptun planetinin ətrafında dövran edən yeni peyk aşkar edib. Bu barədə NASA-nın rəsmi saytı bildirib.
NASA mütəxəssislərinin məlumatına görə, S/ 2004 N 1 peykinin diametri təxminən 19 kilometr təşkil edir, beləliklə bu, Neptunun ən kiçik peykidir.

Peykin xırda ölçülərinə görə, astronomlar uzun müddət onu aşkar edə bilməyiblər, hətta 1989-cu ildə Neptunun yaxınlığından keçən Voyadjer-2 kosmik aparatı onu planetin sistemində tapa bilməyib.

Milli.Az