Günün qoroskopu
16.7.2013

Qoç - tənbəllik etməyin, ətalətə qapılmayın. Böyük işi yerinə yetirmək üçün enerjiniz yetərincədir. Məqsədə çatmaq, planı reallaşdırmaq üçün var qüvvənizlə çalışın.

Spontanlıq, hadisələrdəki intensivlik günün ilk yarısında xeyrinizə olacaq amillərdir.
İşlərinizin axarını gücləndirmək üçün həmfikir və dostlarınızın yardımlarından istifadə edin.

Günün ikinci yarısında emosional olmayın. Olacaq işləri intuitiv hiss etməyə çalışın. İşlərdəki zəif "bənd"i təhlil edərək onun aradan qaldırılması yollarını tapın.

Yenidən aktivləşən və qayıdaraq aktuallaşan məsələləri diqqət mərkəzində saxlayın.
Axşam saatlarında normal istirahət edin.

Buğa - yaşamınızda yorğunluq, usanma, səbr kasasının daşması istisna deyil. Səhhətinizə fikir verin.

Baş verənlərə diqqətlə yanaşın, işlərin zəiflədiyi və mövqelərinizin laxlamağa başladığı məkanlarda iddialarınızdan əl çəkərək aktiv fəaliyyətə başlayın.

Sizi narahat edən məsələləri anlamağa çalışın.
Yeni məsələ ilə maraqlana bilərsiniz.

Fəqət, bunun səbəbi harmonik olmayan şərtlərdir.
Şəxsi münasibətlərdə təzyiq və süni təcillərdən uzaq durun.

Qüvvələrinizi və şansınızı təxmini də olsa, hesablayın. Hadisələri qabaqlamağa can atmayın.

Əkizlər - sizin üçün önəmli məsələlərdə və ya istiqamətlərdə hadisələrin intensivliyi artır. Önəmli situasiyada hadisələrin konteksti ilə yanaşı, yaşananlara münasibət də dəyişə bilər.

Təcili həllini tələb edən məsələlərlə məşğul olmaq üçün qətiyyətli addımların atılmasına ehtiyac duyulur.
Hisslər, emosiyalar və münasibətlər üçün çətin gündür.

Münaqişə, gərgin fikir mübadiləsi, sonradan baha başa gələcək etiraf və olayların məcrasının arzuolunmaz istiqamətdə inkişafı istisna deyil.

Maliyyə əməliyyatları, alış-veriş, xərclər məsləhət deyil.

İnformasiya ilə iş, yazışma, internetdə ünsiyyət əsəblərinizi sakitləşdirə bilər.

Xərçəng - bədbinliyə qapılmayın, problemlərin çözümündə optimal variantı arayın. Zərurət yaranarsa, dərhal nəyisə dəyişin.

Alış-veriş üçün əlverişli gün deyil.
Günün ikinci yarısında aktiv olun, mövqelərinizi qoruyun. Kənar müdaxilələlə imkan verməyin.
Sizə yaxın insan, ailə üzvü ilə ciddi söhbət qaçılmazdır.

Məhz həmin söhbətdən sonra münasibətlər aydınlaşacaq: ya sülh bərqərar olacaq, ya da hər şey daha gərginləşəcək.

Axşam saatlarında dostlarla görüşü təxirə salın.
Mənfi enerjinin real maraqlarınızı zədələməsinə imkan verməyin.

Şir - təkbaşına çalışmayın və eqoizmə qapılmayın. Gün ərzində anlaşılmazlıqlar, münasibətlərdə gözlənilməz dönüşlər ola bilər.

Səbrli və təmkinli olun. Emosiyalarınızı dərhal izhar etməyin, hisslərinizə nəzarət edin. Əks təqdirdə yaranmış situasiyadakı müvazinət pozulacaq və problemlərin yeni həll yollarını aramalı olacaqsınız.

Yeni məqamla qarşılaşsanız, niyyətinizi, baş verənlərlə bağlı mövqeyinizi açıqlayın. Öz həll variantınızı təklif edin.

İşlə bağlı məsələlərdə laqeyd olmayın.
Yardım arayın, özünüzü sığortalayın.

Qız - bir anlıq nəfəs dərin, ətrafınıza diqqətlə baxın. Yeni orientirlər seçmək üçün ən əlverişli günlərdən biridir. Yeni-yeni, qəfil informasiya gözənilir. Təxminləmədiyiniz hadisə və ya mövzuda iştirakınız vacibdir.

Daxili gərginlik və iddialar səviyyəsini aşağı salmağa çalışın.
Gün ərzində baş verənlər sınaqdır. Bu sınaqların sayəsində indi diqqət mərkəzinizdə olan nəsnələrin gerçək dəyərini anlayacaqsınız.

Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - yaşamınızdakı rahatlıq və işinizdəki rəvanlıq qəflətən kiminsə müdaxiləsi, təzyiq cəhdləri ilə pozula bilər. Uğur və populyarlıq əldə etmək üçün uzun müddətdən bəri hazırladığınız məsələ sərt tənqidlərə məruz qala bilər.

Daha mühüm məsələ gündəmə gəlir. Önəmli problemin həlli ilə daha aktiv məşğul olun.
Birgə fəaliyyət göstərdiyiniz insanların fikir, mövqe və təsir imkanlarını öyrənin.

Yeni resursları araşdırın, habelə hələlik gözə görünməyən sədləri müəyyənləşdirin.
Toplantı, müzakirə və danışıqlar üçün əlverişli zamandır.

Emosiyaların işin gedişatına mane olmamasına çalışın.

Əqrəb - toplanan və artan gərginlik çıxış yolu tələb edir. Ətrafınızdakı insanların davranışlarında həmişəki, amma xoşagəlməz məqamlara diqqət yetirin.

Səbr kasanızı daşdıra biləcək damlanı sezin. Təmkinli və səbrli olun, emosional hərəkətlər etməyin. Münaqişəli situasiyada köhnə iddialara yeni tələblər əlavə etməyin. Kompromis imkanı varsa, faydalanın.

Güzəştə getməyi bacarın.
Günün ikinci yarısında hadisələrə süni təkan verməyin.

Şərtlərin təfərrüatlarını araşdırın, ilk növbədə, görüləsi işi müəyyənləşdirin, qurban veriləsi ünsürü və ya məqamı seçin.

Güzəştə getmək, stressdən sonra hisslərin sürətli bərpasına başlamaq olar. Həddən ziyadə güclü yad təsir və müdaxilə cəhdlərinə adekvat cavab verin.
Əsla geri çəkilməyin.

Oxatan - maliyyə məsələləri ilə bağlı işlərdə aktivlik, hərəkət olacaq.

Təşkilat və ya hər hansı şəxslə bağlı ünsürü nəzərdən keçirərkən maksimum dərəcədə diqqətli davranın.
Bir sahədə problemləri aradan qaldırmağa başlayanda huşyar və sayıq olun ki, digər yöndə müşküllər yaranmasın.

Xərcləri təxirə salın, alış-verişdə ani hisslərə və emosiyalara qapılmayın.

Parlaq, güclü təəssüratlara, süni olmayan hisslərə ehtiyacınız var. İşləri dəqiq planlaşdırın ki, əlavə və ən başlıcası, təcili nizamlanmaya ehtiyac qalmasın.

Şəxsi münasibətlərdə xilasetmə əməliyyatlarına başlayın.

Günün ikinci yarısında görüşəcəyiniz insan sizi ruhlandırmaqla bahəm, maraqlarınızı və planlarınızı yeniləyəcək.

Oğlaq - qəfil xəbərlər və dəyişikliklərin intensivliyi yüksəkdir. Hisslərinizə hakim olun, emosiyalarınıza nəzarət edin.

Hansısa variantın reallaşdırılmasında çətinlik yaşanarsa, seçilmiş istiqamətdə problemlər olarsa, dərhal yön dəyişdirin və baş verənləri təhlil edin.
Perspektiv işin istiqamətini dürüst seçin.

Səbirsiz olmayın, gözləntidə vurnuxmayın. Prosesin özü ilə maraqlanın, müşkülü araşdırın. Öz dalğanızı tutun.
Günün ikinci yarısında müəyyən sahədəki problemlər ağırlaşacaq.

İstirahət, əyləncə, maraqları hələlik unudun, işlə daha ciddi məşğul olun.

Dolça - imkan və resurslarınızın səviyyəsini olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli səviyyəyə çatarsa, dərhal dayanmağı bacarın.

Ambisiyalarınızı enerjiniz qidalandırır. Ehtiyatlı olun. Rəqiblər sağlam aqressivliyə və sərtliyə səbəb olacaq. Niyyətlərinizin düşünülmüş ssenarisi yoxdursa, macəra və sərgüzəşt aramayın.

Günün ikinci yarısında təhlükəsizlik zolağında olun, fiziki işlərə üstünlük verin. Emosiyalarınızı tarazlayın. Qəfil, ani, emosional qərarlar verməyin. Gərəksiz şəffaflıq, etiraflara qapılmaq sizi zəiflədəcək.

Balıqlar - maliyyə, əmanət, pul köçürmələri və alış əməliyyatları ilə bağlı istənilən işlər düşərli deyil.
Bədxərclik etməyin.

İmkan düşən təki borcu qaytarın, münaqişədə barışığa nail olmağa çalışın. Qarışıq və laübəli hissləri ayırd etməyə can atmayın.

Bu günün hadisələrini əvvəlcədən təxminləmək, problemləri önləmək mümkün deyil. Nigaranlıq və narahatlıq münasibətlərdə gərginlik yarada bilər.

Lakin stress sizə yeni ideyaların yaranmasına rəvac verə bilər.
Axşam saatlarında konkret planlar qurmayın.

Hadisələrin inkişafını istədiyiniz istiqamətə yönəldin. Normal istirahət edin.

Milli.Az