Fransanın rəsmi simvolu kimi qəbul oluunan inqilab qəhrəmanı "Marianna"nın yenilənən simasına FEMEN hərəkatının banilərindən biri İnna Şevçuk prototip olub.
Fransa prezidenti Fransua Olland Parisdə keçirilən mərasimdə deyib: "Mənim iqtidarım dönəmində ən böyük önəm gəncliyə veriləcək". Daha sonra o, Mariannanın yeni simasının əks olunduğu portreti mediaya nümayiş etdirib.
Mariannanın portretini hazırlamış rəssam Oliver Siappa və fotoqraf Devid Kavendiş bildiriblər: "Marianannın yeni şəklini bir çox qadın simasını ümumiləşdirərək, habelə Renessans dönəminin realizmini nəzərə alaraq hazırladıq. Lakin portretin əsas modeli İnna oldu".
İnna Şevçuk Fransada siyasi sığınacaq alıb.
Milli.Az