İyulun 17-də Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, mülayim şimal küləyi səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti yağmursuz keçəcək. Lakin gecə bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacağı gözlənilir.
APA