Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından yüksək olub.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata əsasən, iyulun 15-də paytaxtda havanın temperaturu iqlim normasından 3,5 dərəcə yüksək olub.
Yaxın 2 gün ərzində havaların isti keçməsi ilə əlaqədar Bakı və Abşeron yarımadasında temperaturun iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur və rekord dərəcədə isti qeydə alınmayıb.
Qeyd edək ki, paytaxtda isti hava şəraiti iyulun 18-dək davam edəcək.
APA