Qadınlar niyə həmişə üşüyürlər?
17.7.2013

Qadınların niyə həmişə üşüdüyünü bilmək istəyirisinizsə, mütləq oxuyun.

Həkimlər bu sualın cavabını tapıb və hormonları günahlandırıblar.
Bir araşdırma göstərir ki, qadınların bədən istiliyi kişilərdən 0.4 dərəcə daha çoxdur. Ancaq əlləri və ayaqları isə 2.8 dərəcə soyuq olur. Araşdırmanın nəticələrinə görə bu, təbii bir mexanizmdir. Qadının vücudu hamilə ikən körpəni soyuqdan qorumaq üçün belə fəaliyyət göstərir.

Portsmouth Universitetinin professoru Michael Tipton istilik reseptorlarının dəri təbəqəsinin 1 mm altında olduğunu bildirib. Nazik damarlara baxıldığı zaman dərinin normal dərəcədə olduğu görülüb. Ancaq qadınların bədən istiliyi ostrojen səviyyəsinə bağlı olaraq dəyişiklik göstərir. Hormon səviyyəsi artdıqca damarlar istiliyə qarşı bir o qədər həssas hala gəlir. Soyuq havalarda reseptorlar damarlara və həyati əhəmiyyət daşıyan orqanlara qan axınının artdığı siqnalını verir. Bu səbəbdən də islilik aşağı olduğu zaman qadınların əlləri və ayaqları üşüyə bilər.

Milli.Az