Qoç - işdə uğurlar istisna deyil. Yaradıcılıq axtarışlarınız nailiyyətlərinizin sayını artırır. Kommersiya əməliyyatları gəlir vəd edir.
Fəaliyyət sahəsi genişlənə bilər. Amma bunun üçün yaxşıca çalışmaq gərəkdir. İşdə həmkarlarla mübahisələrə və rəhbərliklə konstruktiv mükalimələrə hazır olun.
Dövlət qurumlarına baş çəkməli olsanız, hüquqlarınızı müdafiə edin, haqlarınızı qoruyun. Mühafizəkar mövqe tutun, liberallıq etməyin.
Səhvlərinizin adekvat və obyektiv təhlili yaxınlarınızla münasibətlərdə problemlərdən qurtulmağa yardım edəcək.
Axşam saatlarında normal istirahət edin.
Buğa - ətrafınızdakı insanlarla münasibətləri köklü şəkildə dəyişə bilərsiniz.
Çoxdan bəri cərəyan edən münaqişələrə son qoymaq, sizə rəqib olan insanı tərəfdaşa çevirmək və problemlərinizlə bağlı ona məlumat vermək imkanı var.
Səmimi olun, niyyətlərinizin bir qismi barədə həmin şəxslərə xəbər verin.
Onlar etiraflarınızı yetərincə dəyərləndirəcəklər.
Yaxınlarınızla daha çox vaxt keçirin. Ünsiyyət sizinlə yanaşı, onlar üçün də xoş olacaq.
Sevdiyiniz insanla romantik görüş xoş keçəcək.
Dəvət aldığınız tədbirə qatılmazdan əvvəl qərarınızın məntiqə uyğunluğunu düşünün. Bu gün təkbaşına çalışmaqda fayda var.
Yad enerjiyə həssas olun.
Bədxahdlarla görüş və ya pis insanlarla ünsiyyət səhhətinizə pis təsir edə bilər.
Əkizlər - yaxınlarınız bu gün sizi narahat, gərgin, əsəbləri tarıma çəkilmiş, sinir müvazinətini itirmiş insan kimi görə bilərlər.
Əslində bütün bunlar illüziya, daha doğrusu, allüziyadır. İşlərinizdə harmoniyaya nail olmağa çalışın. Yardıma ehtiyacı olanlara dəstək verməyə çalışırsınız. Fəqət, çətin anlarda sizə kim kömək edəcək?
Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.
Kommersiya ilə məşğul olursunuzsa, maliyyə problemləri ilə qarşılaşa bilərsiniz.
Sırf yaradıcılıqla məşğul olanlar isə bacarıq, təcrübə və biliklərini artırmağa çalışacaqlar. Qətiyyətli olsanız, uğur sizi gözləyir.
Riskli planları həyata keçirmək istəyirsinizsə, qarşınızda maneələr və sədlərin peyda olacağını bilin.
Xərçəng - unutmaq istədiyiniz, amma həll olunmamış problemlərə qayıdış zamanıdır. Qətiyyətli addımlar atmanız gərəkdir. Yaxınlarınızın belə sərt və əzmli, hətta aqressiv təsir bağışlayacaq davranışla bağlı mövqelərinin sizin maraqlarınıza tam uyğun olacağına ümid etməyin.
Buna rəğmən, yolunuzdan çəkilməyin və seçdiyiniz məqsədə çatmaq üçün əzmlə irəliləyin.
Bəyəndiyiniz, bəlkə də, xoşladığınız iş kiçik problemlərdən fikri yayındırmağa imkan verəcək.
Kiçik fasilədən sonra cari işlərə qayıtmağa hazır olun.
Problemlərdən biri fikir dağınıqlığı ilə bağlıdır. Bütün işlərdə bitkin nəticəyə nail olmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz.
Axşam saatları məsləhətləşmə, disput, müzakirələr üçün uğurludur.
Şir - heç də pis gün deyil. İstedadınızı nümayiş etdirin. Unikal peşəkar məziyyətləriniz var və bunu kimsədən gizlətmək gərək deyil.
Bədxahlar və rəqiblər sizə qarşı məkrli planlar hazırlayırlar. Bundan yəqin ki, xəbəriniz var. Sizin düşməniniz etibarınız və insanlara tez inanmağınızdır. Ləyaqətsiz insanın yalanının qurbanına çevrilməmək üçün sayıq olun, huşyar davranın.
Günün ikinci yarısı indiyədək sizi dəfələrlə tənqid etmiş və ya zəiflikləriniz, nöqsanlarınızı ön plana çıxarmış insanlarla təmaslar zamanıdır. Səfər, görüşlər və erkən işlər pozitiv əhvalda olmaq, kiçik problemləri unutmaq üçün ən sərfəli ünsürlərdir.
Axşam saatlarında normal istirahət edin.
Qız - yaradıcılıq müstəvisində böyük uğurlara nail ola bilərsiniz. İstedad və bacarıqlarınız diqqətsiz qalmayacaq.
Yeni müttəfiqlər tapa bitlərsiniz. Nüfuzlu insanlarla ünsiyyətdə sayıq və həssas olun, səhvlərə yol verməyin. Belə təmaslar işgüzar və şəxsi həyatda ciddi dəyişkiliklərə səbəb ola bilər.
Hisslərinizə nəzarət edin, emosiyalar burulğanına düşməyin. Münaqişə edənləri və ya küsənləri barışdırın. Təmkininiz adekvat, səbriniz sonsuz olmalıdır.
İmpulsiv fərdlərlə ünsiyyətdə olanda onları sakitləşdirin və düşünülməmiş addımlar atmalarına imkan verməyin.
Romantik əlaqələrə başlamaq üçün əlverişli gündür.
Axşam saatlarında istirahət edin.
Düşünülməmiş addımlar atmayın.
Tərəzi - ilk uğursuzluqdan sonra ruhdan düşməyin. Gün uğurlar və qələbələr vəd edir. Amma hər şey istədiyiniz kimi sadə və asan deyil. Səbr, məqsədə yönəlik qətiyyət və əməksevərlik sizi bu gün nailiyyətlərə qovuşduracaq məziyyətlərdir.
Özünüzə və müttəfiqlərinizə inanın.
Etibar etdiyiniz insanlarla siz birlikdə olsanız, əməlli gücsünüz.
Anlaşma və sövdələşmələr üçün pis gün deyil. Atacağınız addımları əvvəlcədən yaxşı düşünün.
Düşünülməmiş qərarlar verməyin. Önəmli istiqamətdəki hərəkətləri inandığınız insanlarla müzakirə edin, həmin işdə maraqlı olanların fikirlərini öyrənin.
Yaxınlarınızla mübahisələr istisna deyil. Amma konkret məsələyə baxışlardakı fərqin münaqişəyə səbəb olmasına imkan verməyin.
Əqrəb - ciddi işlərlə məşğul olun. İşlərə məsuliyyətlə yanaşın, önəmli məsələlərin həllinə başlayın. Əvvəl yol verdiyiniz səhvlərin fəsadlarının aradan qaldırılmasının vaxtı çatıb.
Bilik və bacarıqlarınızı nümayiş etdirin, yaradıcılıq potensialınızı göstərin.
Hisslərinizi qoruyun, emosiyalar girdabına yuvarlanmayın. Əbəs təşvişə qapılmayın.
Ətrafınızdakı insanlarla münasibətlərinizin düzəni barədə düşünün. İrəliləyişinizə mane olan əlaqələr, yalnız neqativ emosiyalara səbəb olan təmaslardan, acı xatirələrdən qurtulun.
Yaşlı qohumlarınızla məsləhətləşin. Onlar sizə doğru yolu göstərəcəklər.
Oxatan - maliyyə məsələlərinin çözülməsini təxirə salın. Bu gün bədxərclik riski həddən ziyadə, sərfəli sifariş və ya mənfəətli anlaşmanın mümkünlüyü isə çox azdır.
İşdə rəhbərliklə ünsiyyətdə problemlər yarana bilər. Nüfuzlu insanlarla söhbətlərdə həssas olun, sözlərinizə fikir verin. Emosiyalarınıza hakim olmasanız, yeni iş yeri axtarışlarına başlamaq məcburiyyətində qalacaqsınız.
Yaxınlarınız və ailə üzvlərinizlə təmaslar baxımından əlverişli gündür. Sevdiyiniz və ya rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdə münaqişə, ciddi fikir ayrılığı, mübahisə riski azdır. Münasibətlər harmonikdir.
İntuisiya sizi aldatmır, yeni hisslər əsəblərinizi sakitləşdirir.
Oğlaq - bu günədək müttəfiq və həmfikir hesab etdiyiniz həmkarlarınızla işgüzar tərəfdaşlarınız qəribə davranmağa başlayır. Onları sanki dəyişiblər.
Münaqişə və fikir ayrılıqlarının sayı sürətlə artır. Təxribatlara uymayın. Təmkinli və sayıq davranın.
Təmaslar və əlaqələrdə diqqətli olun. Yeni tanışlıqlara can atmayın. Bu gün başlaya biləcək romantik münasibətlər sevincdən çox narahatlıq və təlaş bəxş edəcək.
Dolça - mənfi təmayüllərin təsiri çox güclüdür. Özünüzü qoruyun, çünki sizdən başqa kimsə bunu etməyəcək. Mürəkkəb və yorucu işləri təxirə salın.
Yalnız cari, təxirəsalınmaz işlərlə məşğul olun. Stress və gərginliklərdən uzaq durun.
Mühüm görüşə yalnız tam etibar etdiyiniz, sədaqətinə şübhə etmədiyiniz insanla yollanın.
Kiçik problemlərə və anlaşılmazlıqlara yumorla yanaşın. Hər halda nə isə alınmırsa, sonuclar heç də fəlakətli olmayacaq.
Balıqlar - mürəkkəb, çətin və qarışıq gündür. İşlər çoxdur, onların arasında mühüm olanları az deyil. Bir işi başa vurmamış başqasına keçməyin.
Belədə yorulacaqsınız və yorğunluq yeganə nailiyyətiniz olacaq.
Bu gün işlərinizdə yardımçı gərəkdir. Kömək məqsədlərinizin xeyrinədir.
Kiçik, amma xoşagəlməz problemlər yarana bilər. Yaxınlarınız və qohumlarınızla münasibətlərdə həssas, səmimi olun. Bədbinliyə qapılmayın. Əks təqdirdə sevdiyiniz insandan bədgüman qala bilərsiniz.
Əsas məsələlərin həllində qətiyyətli olun, kənar təsirlərə aldanmayın.
Milli.Az