Vatslav Havelin vəfatı ilə əlaqədar Çexiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq
20.12.2011

Çexiya Respublikasının sabiq prezidenti Vatslav Havelin vəfatı ilə əlaqədar Çexiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Çexiya səfirliyindən bildirilib ki, başsağlığı vermək istəyənlər dekabrın 21-də saat 10-dan 16-ya kimi, dekabrın 22-də saat 14-dən 17-yə kimi səfirliyə gəlib öz ürək sözlərini yaza bilərlər.
Səfirliyin məlumatında o da bildirilir ki, şəxsi başsaqlıqlarını göndərmək istəyənlər sabiq prezidentin dəftərxanasına - Voršilská 10, 110 00 Praha 1, Czech Republic - adlı ünvana məktub ünvanlıya bilərlər.
Xatırladaq ki, Vatslav Havel dekabrın 18-də 75 yaşında vəfat edib.

APA