İyulun 19-dan Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək
17.7.2013

İyulun 19-dan etibarən Azərbaycan hava şəraitinin qeyri-sabit keçəcəyi və temperaturun aşağı düşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, havanın temperaturu bu günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Ölkə ərazisində şimal küləyi əsəcək. İyulun 20-də səhərə qədər güclü şimal küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə təşkil edəcək.

Azərbaycanda hərarətin bu gün və sabah ən yüksək həddə çatacağı proqnozlaşdırılır. Lakin sabah axşamdan etibarən havanın temperaturu nisbətən aşağı düşəcək.

APA