Google korporasiyasının banilərindən və sahiblərindən biri Larri Peyc yeznəsinin toyunda yenilik edib.
O,
dünyada ilk dəfə toyda Google Glass eynəyindən istifadə edib. Toy bu
eynək vasitəsilə birbaşa bloqa və YouTube videoservisinə translyasiya
olunub.
Xorvatiyadakı qədim Motovun şəhərciyində keçirilmiş toyda Larri Peyc gözündəki eynəyi çıxarmayıb və bu texnoloji yenilik vasitəsilə bütün olayları çəkib.
Toyda Larrinin yanında xanımı Lüsinda Souzvorz da vardı.
Google Glass eynəyini taxmış insanın göz qırpması yetər ki, gördüyü mənzərinin fotosu çəkilsin.
40 yaşlı Peycin yeznəsi Makleyn Souzvorz və gəlin Yasemin Denarinin
mərasiminlə qatılmaq üçün Peyc Aydaho ştatındakı San-Velli şəhərində
keçirilən beynəlxalq texnologiya konfransında iştirak etməyib.
Milli.Az