Azərbaycan prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında
Gənclər Fondunun Əsasnaməsi” təsdiq edilib. Gənclər Fondunun işçilərinin
say həddi 10 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan
Respublikası Prezidentinin aktlarının fərmana uyğunlaşdırılması ilə
bağlı təkliflərini hazırlasın və prezidentə təqdim etsin, üç ay
müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin,
Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin
təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini,
fərmandan irəli gələn digər məsələləri həll etsin.