ABŞ sakini Maykl Botrayt yaddaşını itirdikdən sonra amneziya yaşayıb və İsveç dilində danışmağa başlayıb.
O iddia edir ki, adı Yonas Ekdir və yaxınları ilə tərcüməçi vasitəsilə danışır.
Belə ki, 61 yaşlı Botraytı Palm Sprinqs otelində huşsuz vəziyyətdə tapıblar. Onu xəstəxanaya qaldırıblar, lakin Botrayt özünə gələndə özünü güzgüdə tanımayıb və İsveç dilində danışmağa başlayıb. Hətta dörd ay sonra belə öz ana dilində danışa bilməyən Botrayt nə anasını, nə dostlarını, nə də hansısa qohumunu tanıyır.
Publika.az