Julien Auctions hərrac evi Merilin Monro, Maykl Cekson, Elvis Presli kimi məşhurların əşyalarını satmaqla ixtisaslaşıb.
Hərrac evi bu yaxınlarda Elizabet Teylorun kostyumlarını da satışa çıxaracaq. Paltarların arasında daş-qaş, qızıl sırğalar da var. Amma ən maraqlı əşya aktrisanın 1961-ci ildə çəkildiyi Kleopatra filmindəki baş geyimidir. Bu papağın qiyməti 2-3 min dollardan başlayacaq. Xatırladaq ki, 1961-ci ildə Elizabet Teylor bu filmdən həmin dövr üçün rekord məbləğdə- 1 milyon dollar qonorar almışdı. Elizabet Teylor 2011-ci ildə vəfat edib. Onun dəfni yəhudi ənənələrinə görə olub, çünki aktrisa həyat yoldaşı Eddi Fişerin təsiri ilə yəhudi adətləri ilə yaşayıb.
publika.az