Biz artıq sözün əsl mənasında hay-tek (yüksək texnologiyalar) dövründə yaşayırıq. Təsəvvür edin ki, geriyə qayıtmısınız. Artıq məktəbi bitirmisiniz və sənət seçməyə çalışırsınız. Elə bir peşə seçməlisiniz ki, dövrə uyğun gəlsin və siz həm qazanasınız, həm də işini bilən adam olasınız.
Dünyanın aparıcı kompüter sistemləri şirkətlərindən biri “Fusion-io”nun insan resursları direktoru Robb Liffert deyir ki, artıq həyatımızın çox hissəsi avtomatlaşdırılıb. Ona görə də texniki bilikləri olan işçilərə daha çox ehtiyac var. Ekspertlər bu əsr üçün önəmli olan beş peşənin adlarını çəkiblər.
1. İnformatika elmi
“Məlumat bazası” haqqında eşitmisiniz? Yəqin ki. Ekspert Çarli Polaçi deyir ki, böyük şirkətlərdə internet istifadəçilərindən alınmış böyük həcmli məlumatlar olur. Buna görə də böyük məlumat bazasını analiz etmək üçün informatika elmi üzrə dərəcəsi olan şəxslərə böyük ehtiyac olur.
“İnformatika elmi sahəsindəki bacarıqlar bazar və Uoll Strit analizləri üçün çox önəmlidir. Bu bacarıqlara həm də böyük məlumat bazalarının idarəçiliyi də daxil olmalıdır”.
Sahə barədə: Əgər sizin sahəniz informatika elmidirsə, siz insanların məlumatları necə istifadə etməsi və bu məlumatları necə yerbəyer etməsi barədə öyrənirsiniz. Bunu ali təhsili araşdıran College Board təşkilatı deyir. Bu sahə üzrə siz informasiya arxitektorluğu, databaza idarəçiliyi, insan-komputer əlaqələri, informasiya və cəmiyyət və s. kimi biliklər əldə edəcəksiniz.
Potensial karyera: Databaz Administratoru. Bu sahədə təhsil alan insanların çoxlu iş yerləri tapmaq şansları var. ABŞ Əmək departamentindən bildirirlər ki, Databaza Administratorları böyük məlumat bazalarını yerləşdirirlər, təşkil edirlər və s.
2. Kompüter elmləri
Polaçi deyir ki, əgər yüksək hay-tek dərəcə istəyirsinizsə, bakalavr dərəcəsi kompüter bilikləri olmalıdır.
- Kompüter elmi dərəcəsi almaq imkan verir ki, hazırda inkişaf edən texnologiya sektorunda- hardware, software, infrastruktur, veb dizayn, proqramlaşdırma kimi sahələrdə işləyəsiniz. Gələcəkdə yeniliklərə açıq olmaq və problemləri fərqli çözmək uğur gətirə bilər.
Sahə barədə: Kompüter elmində siz əsasən kompüter proqramlaşdırılması, kompüter sistemləri və insan və kompüter münasibətlərini elmi nöqteyi nəzərdən öyrənə bilərsiniz. College Board deyir ki, siz digital sistem dizaynı, süni intelligent, kompüter mühəndisliyi kimi sahələrə də yiyələnəcəksiniz.
Potensial karyera: ABŞ Əmək departamenti deyir ki, bu sahə üzrə professionallar müxtəlif dillərdə proqramlar işləyib hazırlayırlar, test proqramları işləyirlər və s. Departamentdən bildirilir ki, əksər kompüter proqramçılarının bakalavr dərəcəsi olur. Onların çoxu birdən çox kompüter dilini bilir.
3. Kompüter Mühəndisliyi
Özünüzü bir gün Fortune 500 texnologiya şirkətində işləyən təsəvvür edirsiniz? Polaçi deyir ki, bunun üçün bakalavrı kompüter mühəndisliyi oxumaq düzgün addım olardı.
- Kompüter mühəndisliyi dərəcəsi sizə gələcəkdə “Facebook”, “Google” və s. kimi yüksək şirkətlərdə işləmək şansı verə bilər.
O deyir ki, bu sahə tələbələrə yüksək yaradıcı, məntiqli olmağı öyrədir. Bu bacarıqlar isə dahi əsər yaradan musiqiçidə və ya bəstəkarda da ola bilər.
Sahə haqqında: College Board bildirir ki, komputer mühəndisliyi sahəsində siz bir çox proqram dillərini öyrənəcəksiniz, kompüteri dizayn və analiz edə biləcəksiniz. Amma siz riyaziyyatı mükəmməl bilməlisiniz. Bu sahədə siz əməliyyat sistemləri, riyaziyyat, sistem analizi, veb sayt dizynı və s. öyrənəcəksiniz.
Potensial Karyera: Bu işçilər kompüter proqramları arxasında yaradıcı insanlardırlar. Onlar kompüterlər və ya digər alətlər üçün dizayn sistemləri işləyib hazırlayırlar.
4. Şəbəkə adminstratorluğu
Siz tvitteri izləyəndə, onlayn alış-veriş edəndə və ya onlayn filmə baxanda şəbəkədən istifadə edirsiniz. Bura insanların və kompüterlərin məlumat mübadiləsi etdikləri məkandır. Polaçi deyir:
- Şəbəkə hər yerdədir. Biz hər zaman ona ehtiyac duyuruq. Şəbəkə işlətməyi bacaranların bacarıqları kömək edəcək ki, iş axtaranlar profesionallar tapsınlar. Biz internet şəbəkəsi cəmiyyətində yaşayırıq.
Sahə haqqında: Şəbəkə və sistem administratorluğu olmaq sizə imkan verəcək ki, biznes kompüter əməliyyatlarını həyata keçirə biləsiniz. Onlar deyirlər ki, bu sahədə siz databaza idarəçiliyi, şəbəkə təhlükəsizliyi, proqramlaşdırma və s. kimi fənlər öyrənəcəksiniz.
Potensial karyera: ABŞ əmək departamenti deyir ki, bu sahədə çalışanlar adətən bakalavr dərəcəsinə malik olmalıdırlar. Onların komputer və elektrik mühəndisliyi sahəsindəki bilikləri də qəbul ediləndir.
5. Elektrik mühəndisliyi
Kompüter dövründə adətən “nə qədər balaca o qədər yaxşı” prinsipi işləyir və komputer çipləri nə qədər balacadırlarsa o qədər güclü olurlar. Polaçi deyir ki, bax elə ən balaca amma ən güclü kompüter çiplərinin düzəldilməsi sahəsi elektrik mühəndislərinin sahəsidir.
- Siz elektrik mühəndisliyi ilə yanaşı kompüter mühəndisliyi, optika, biomühəndislik və telekommunikasiya da öyrənirsiniz. Bunu Monet Crashsers jurnalının redaktoru David Bakke deyir.
Sahə haqqında: Elektrik mühəndisi kimi siz adətən elektrik barəsində hər şeyi öyrənməli olursunuz. College Board bildirir ki, adətən kurslara analiz və dizayn, digital sistemlər, elektrodinamik, elekrtik hissələr və alətlər və s. aid olur.
Potensial karyera: ABŞ Əmək departamenti deyir ki, bu professionallar adətən dizayndan tutmuş testlərə qədər, komputer alətlərinin araşdırılmasına qədər hər işi görürlər.
publika.az