Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət 17 iyuldan etibarən Ucarda Nəriman Nərimanov küç. 37 ünvanında yeni AzEx ofisini abunəçilərinin ixtiyarına verib. Qeyd edək ki, Ucarda AzEx ofisi açilana qədər ucarlılar Azercell-in Göyçay rayonunda yerləşən AzEx ofisindən istifadə edirdilər. Abunəçilərinin rahatlığını düşünən Azercell ucarlılar üçün AzEx ofisini açmaq qərarına gəldi. Yeni AzEx ofisi “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 19, regionlarda isə 27 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4,, bölgələrdə isə 6 Müştəri Xidməti ofisi fəaliyyət göstərir. Azercell ilin sonuna qədər Bakıda və regionlarda AzEx ofislərinin sayını artırmaq niyyətindədir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.
publika.az