Gözəlliyin və gəncliyin sirri bayat çörəkdədir!
17.7.2013

Mətbəxdə olan ərzaqları qarışdırıb gözəl görünmək mümkündür. Həftədə iki dəfə edilməlidir. Bir dilim bayat çörəklə, 1 çay qaşığı yer fıstığı əzməsi, 1 çay qaşığı bal, 1 yumurta ağı, 1 yemək qaşığı nar suyu, 2 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı qatığı blenderden keçirin. Bu maskadan hər növ bayat çörəkdən istifadə etmək olar. Maskanı təmizlənmiş dəriyə çəkmək lazımdır. Maskanın dəriyə nüfuz emtəsi üçün 15-20 dəqiqə gözləyin.

Çörək bərəkət rəmzidir onu isə atmağa haqqımız yoxdur. Xanımlar bu maska ilə həm bayat çörəkdən faydalanacaq və atmayacaq, həm də büdcələrini qorumuş olacaqlar. Bayat çörək maskası ləkələrin yaranmasının qarşısını alır və dərini gəncləşdirir. Maskanı tətbiq edən xanımlar nəticəsinə heyran qalacaq. Xanımlar artıq qalan maskanı əllərinə və dirsəklərinə də çəkə bilər. Estetik əməliyyatlara pulu olmayanlar bu maska ilə gəncləşə biləcək.

Bayat çörək saçların tökülməsinin də qarşısını alır. Bunun üçün qara çörəyin içini 2 saatlıq qaynar suda isladın. Alınmış horranı saçlarının dibinə sürtün və 1 saat gözləyin. Sonra isə saçları axar suyun altında yuyun.

Publika.Az