Qoç - sizinlə bağlı gözləntilər artır. Diqqət mərkəzindəsiniz. Günün tədbirlərini dəqiqləşdirin, izafi məqamlardan imtina edin.
Qəfil hadisələr və olaylar işlərin mövcud axarına ciddi təsir edə bilər.
Münasibətlərdə perspektivlərdə köklü dəyişikliklər baş verə bilər.
Dürüst yönü seçin, qəbul edəcəyiniz qərarlarda yanılmamağa çalışın.
Problemlərə gərəkdiyindən artıq vaxt ayırmayın.
Əlverişli imkanları əldən verməyin.
Axşam saatlarında istirahət edin.
Buğa - dəyişikliklər, rekonstruksiya və islahatlar üçün əlverişli vaxtdır. Aktivliyinizin estetik məcrası olmalıdır. Köhnəni yenisi ilə dəyişmək, ənənəvi təmaslar və əlaqələri təftiş etmək zamanıdır.
Alış-veriş üçün yaxşı vaxtdır.
Nədənsə imtina etməli, güzəştə getməli olacaqsınız. İşgüzar fəaliyyətdə yeni səviyyəyə çıxın. Hər şey sizdən asılıdır.
Emosiyalar hisslər, dəyərlər və münasibətlərdə fərqli istəklərə səbəb ola bilər.
Əkizlər - görüşlər, yeni tanışlıqlar günüdür. Yenilik vəd edən nəsnələr əlverişlidir. Ənənəvi informasiya mənbələri ilə kifayətlənməyərək xəbər kanallarının sayını artırın.
Təklif və dəvətlərdən boyun qaçırmayın.
Heç bir səbəb olmadan problem yaratmamaq üçün ehtiyatlı olun.
İnformasiya axtarışı və ya internetdə ünsiyyət sürpriz nəticə verə bilər.
Səmimiyyət üçün imkan varsa, münasibətlərinizdə dönüş yaşanacaq.
Axşam saatlarını evdə keçirin.
Xərçəng - baş verən hadisələr məcrasında bu günün xüsusi əhəmiyyəti var. Ətrafınızdakı insanlarla təmaslarda sizi birmənalı olmayan anlar gözləyir.
Əks cinsin mənsubu ilə təmaslarda dəqiq, səlis və həssas olun. Sizdə güclü təəssürat yarada biləcək tanışlıq ola bilər. Lakin bu tanışlıq yaxşı heç nə vəd etmir.
Günün ikinci yarısında sözlərinizdə ehtiyatlı olun.
Axşam saatlarında yaxşı bələd olmadığınız yerə getməyin.
İddia və tələblərinizin ifrata varmasına yol verməyin. Qəfil hadisələr və dəyişikliklər sizi çaşdırmamalıdır.
Şir - yeknəsək, adi işləri tam başa çatdırın. Yarımçıq heç nə saxlamayın. İşin effektivliyi, məhsuldarlıq azala bilər.
Çağırış, yarış şəraiti yaranarsa, şikayətlənməyin. Problemlər müvəqqətidir. Aktiv olun, daim irəlidə olmağa çalışın.
Kollektiv fəaliyyət üçün məhsuldar gündür.
Şəxsi münasibətlərdə aqressiv təşəbbüsə can atmayın. Planlarınızda dəyişiklik ola bilər.
Konkret məsələ ilə bağlı mövqelərdə ciddi fərqlər yaranacaq.
Qərar verməyə tələsməyin, sərt və aqressiv davranmayın.
Qız - səmimi olun, ətrafınızdakı insanlara yalan danışmayın. Yaşam arealınızda qayda yaradın, nizama can atın. Enerjiniz çoxdur, ciddi və böyük işə başlaya bilərsiniz.
Emosiyaların əsirinə çevrilməyin.
Münasibətlər, ailədəki təmaslar, şəxsi əlaqələr sınağa məruz qala bilər.
Aqressiv olmayın, əks təqdirdə çox yaxın insanla münasibətlərdə sərinlik yaranacaq. İstənilən halda təmkinli davranın. Qəfil yaradıcılıq istəkləri ola bilər.
Ümumi fon gərgindir, heç bir səbəb olmadan münaqişə yarana bilər.
Axşam saatlarında daha çox pozitivə can atın. Nikbin olun.
Tərəzi - dəyişmək zamanıdır. Artıq mənasını itirən əlaqələr, mənfi emosiyalar yaradan təmaslar və etibarınızı doğrultmamış insanlardan qurtulun.
Hadisələrin axarına müdaxilə edərək nəyinsə qarşısını almağa çalışmayın. Ciddi dəyişikliklər sizdən yan keçməsin. Əgər hansısa mövzuda yeniliklər etmək gərəkdirsə, aktiv olun.
Fəaliyyətinizə korrektələr etmək, situasiyadan faydalanmaq lazımdır.
Axşam saatlarında münasibətləri aydınlaşdırmayın, ciddi müzakirəyə başlamayın. Əks tərəf sizi yanlış anlayacaq.
Motivasiyanız da qəribə təsir bağışlayır. Sakit istirahətə üstünlük verin.
Əqrəb - yaşam tempi sürətlənir. Qəfil xəbərlər və dəyişikliklər sürətlidir. Qərar, hərəkət və fəaliyyətinizin ardıcıl olmasına çalışın.
Dəyişikliklərə köklənmiş əhvalınız yaşam arealı ilə ətrafınızda da fərqlərin olmasını istəyir. Lakin emosiyalara hakim olun. Hər dəyişiklik irəliləyiş vəd etmir.
Gəlir əldə etmək, sifarişi başa vurmaq, planlaşdırılmış işi itirmək üçün çalışın. Əsas işdə problemlər sərtləşə bilər.
Şəxsi münasibətlərə lazım olduğundan artıq vaxt ayırmayın. Yaxın perspektivdə imkanlarınızı artıracaq əlaqələrin yaradılmasına çalışın.
Yaxın ətrafınızdakı insanlarla planlarızı bölüşməyin, niyyətləriniz barədə gen-bol danışmayın.
Bir qədər özünüzə qapılın, sirlərinizi faş etməyin.
Oxatan - nikbinlik və enerjinin artacağı gündür. Ən mürəkkəb işlərə başlaya bilərsiniz. Əsas işi seçin və bu gün sizi maraqlandıran məsələyə əsla dəxli olmayan mövzularla bağlı gərgin mübahisələrə qatılmayın.
Dəvət aldığınız tədbirə qatılın, bilik və informasiyanızı nümayiş etdirin. Mühüm məsələni dərhal, təcili həll etmək olar
Punktual, dəqiq olun. Gərəkli olan işi unutmayın. Daha xoş işlərə başlamağa can atmayın. Yeknəsək və rutin işlərin həlli təxirə salınmamalıdır.
Axşam saatları romantik münasibətlər üçün xoşdur.
Oğlaq - yaxşı xəbərlər və gəlir vəd edən gündür. Əməkdaşlıq, planların müzakirəsi, məsləhətləşmələr üçün əlverişli vaxtdır.
Səhhətinizə fikir verin. Təkbaşına çalışmayın, tərəfdaşlığın yollarını arayın.
Fiziki və mənəvi qüvvə sərfini tələb edən işləri planlaşdırarkən təfərrüatlarla detalları nəzərə alın. Təxirə salınan, yarımçıq qalan işi başa vurun.
Günün ikinci yarısında birmənalı olmayan hadisələr yaşanacaq. Qəfil dönüşlər ola bilər. Optimal qərarlar qəbul edin, adekvat davranın.
Qəfil uduş, gəlir istisna deyil.
Perspektivlərinizi dəyişə biləcək hadisələrdən kənarlaşmaq üçün hətta kəskin başağrısı belə səbəb olmamalıdır.
Dolça - paradoksal gündür. Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapacaqsınız. Xəbərdarlığı qulaqardına vurmayın.
İntuisiyanızın səsinə qulaq asın. Ətrafınızdakı insanlardan biri sizdən yardım istəyəcək. Ənənəvi hərəkət modelində dəyişiklik yaşanacaq. Sizin üçün önəmli insanla təmaslarda diqqətli olun, düşünülməmiş sözlər deməyin
Yeniliyi gerçəkləşdirmək istəyirsinizsə, fəaliyyət motivasiyası olmalıdır.
Romantik münasibətlərdə çətinliklər və maneələr var. Problemlər gərginliyə səbəb olacaq.
Balıqlar - əhvalınız yaxşı olacaq. Emosional və intellektual qüvvələrinizi izafi yerə xərcləməyin. İrreal məqsədlərə can atmayın.
Mövqelərin itirilməsi, hesablarda yanlışlıq, məşğlubiyyət istisna deyil. Qısa məsafədə və ya yaxın perspektivdə uğura nail olmaq mümkündür.
Hansısa məsələ sizi həddən ziyadə narahat edirsə, amma o məsələni inkişaf etdirmək və ya həmin istiqamətdə çalışmaq üçün özünüzdə yetərincə qüvvə hiss etmirsinizsə, iddialarınızdan əl çəkin.
Günün ikinci yarısında fərqli istiqamətdə irəliləyiş olacaq.
Plan və gözləntilərinizdən asılı olmayan zahiri siqnallar diqqətin yönəldilməsi üçün gərəkən məqamı göstərəcəklər.
Şəxsi münasibətlərdə hisslərinizi cilovlayın, emosiyalarınıza hakim olun.
Axşam saatlarında istirahət edin.
Milli.Az