2011-ci il dekabrın 17-dən 21-ə qədər 12-ci əsrə aid tarixi bina "Kiçik Karvansaray"da yerləşən «Art Garden» incəsənət qalereyasında (İncəsənət Bağı) "Potensial" dekorativ-tətbiqi yaradıcılıq festivalının açılışı olacaq. Təşkilatçılar: Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, «Art Garden» (İncəsənət Bağı) və Arts Council Azerbaijan qeyri-hökümət təşkilatı, Noble və Chudo Pechka mağazaları şəbəkəsi. Festivalın iştirakçısı -Rəssamlıq Akademiyasının tələbələri və incəsənətin bu növü ilə məşğul olan sərbəst rəssamlar.
Festivalın müəllifi və nəzarətçisi sənətşunaslıq sahəsində fəlsəfə doktoru Əsmər Abdullayevadır.