Türkiyənin tanınmış müğənnisi, estrada ulduzu Rafet El Roman və Ezo Bakıda konsert proqramı ilə çıxış edəcək.
“Romantik yay axşamı” adlı konsert bugün saat 20:00-da Yaşıl Teatrda keçiriləcək. Konsertin biletlərinin qiyməti 20-80 manat arasındadır.
Konsertin təşkilatçısı, “Səs Muzic Orqanization”un rəhbəri Nahid Emiloğlu konsertin sürpriz qonağı da olacağını bildirib.
Onun sözlərinə görə, Rafet El Roman və Ezonun konsert proqramının özəl qonağı Aygün Kazımovadır.
“Çox möhtəşəm, fərqli bir şou gözlənilir. Həmin gün gecənin özəl qonağı Aygün Kazımova olacaq. Rafet El Roman şəxsən özü xalq artisti Aygün Kazımovanı konsertə dəvət edib”.
Video
Gün.Az